sayfa içeriği

Min Bir Dad

Pırasalı və pendirli duzlu keks

Pırasalı və pendirli duzlu keks  

Pırasalı və pendirli duzlu keks

Pırasalı və pendirli duzlu keks

Pırasalı və pendirli duzlu keks

Pırasalı, pendirli keksi  hazırlamaq çox asantdır.

 Həftə sonlarında hazırlaya biləcəyioniz çox ləzzətli bir keksdir.

1001 dad yemək saytı sizlərə bu keksin hazırlama qaydasını təqdim edir.

İnanıram ki, bu keksi ailələrinizdə hamı çox sevərək yeyəcəkdir.

 15 dəqiqəyə hazırlanar.
40 dəqiqəyə bişirmək olar.
Verəcəyimiz tərif 8 nəfərlik üçündür.

Pırasalı və pendirli duzlu keks  üçün lazım olan ərzaqlar:

  1. 500 qram pırasa (yuyulmuş və incə doğranmış),
  2. 1 su stəkanı qarğıdalı  unu,
  3. 1 su stəkanı  buğda unu,
  4. 1 su stəkanı qatıq,
  5. 1 sustəkanı maye yağ,
  6. 3 yumurta,
  7. 100 qramrəndələnmiş holland pendiri,
  8. 1 yemək qaşığı toz şəkər,
  9. 1  şirniyyat  qaşığı duz,
  10. 1 çimdik istiot,
  11. 1 paket qabartma tozu,
  12. 1/2  dəstə incə doğranmış şüyüd

Pırasalı və pendirli duzlu keksin hazırlanma qaydası:

    1. Dərin bir kasada  qarğıdalı  unu, maye  yağ, yumurta, qatıq, şəkər, duz və  istiotu  yaxşıca  çırpın.
    2. Pırasa, şüyüd və kaşar pendirini də əlavə edərək  qarışdırmaya davam edin.
    3. Son olaraq da başq bir  kasada  un ilə  qabartma tozunu birbiriylə qarışdırın.
    4.   Sonda isə pırasalı qarışıma əlavə edib  möhkəm    çırpın.
    5. Yağlanmış bir fırın sinisinə  və ya istiyə davamlı şüşə qaba  bu qarışımı boşaldın.
    6. Əvvəlcədən  180 dərəcə qızdırılmış  fırında  40 dəqiqəyə yaxın  bişirin,
    7.   Soyuduqdan sonra doğrayıb  servis edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *