sayfa içeriği

Min Bir Dad

Piroq

Piroq dadlı

Piroq

Piroq 

Piroq  hazırlamaq üçün lazım olan ərzaqlar:

  • Maye yağ: 1 stəkan,
  • Qazlı mineral su: 1 stəkan,
  • Yumurta: 4 ədəd,
  • Şəkər tozu: 2 stəkan,
  • Vanil: 1 ədəd,
  • Un: 4 stəkan,
  • Qabartma tozu: 1 paket,
  • Gilas və ya mandarin: 50 qram,

Piroq hazırlanma qaydası:

Piroq hazırlamaq üçün əvvəlcə bir qabda yumurtaları qırırıq.

Yumurtaların üzərinə şəkər tozunu əlavə edirik və yaxşıca çırpırıq.

Yumurta ilə şəkər tozu tam qarışmalıdır.

Şəkərli yumurtanın üzərinə maye yağ və qazlı mineral suyu da əlavə edirik və bunları da yaxşıca qarışdırırıq.

Bir başqa qaba un qoyuruq.

Bu una vanil və qabartma tozunu da əlavə edirik və qarışdırırıq.

Daha sonra bu un, vanil və qabartma tozu qarışığına əvvəlcədən hazırladığımız yumurtalı qarışığı əlavə edirik və qarışdırıb xəmiri hazırlayırıq.

Bundan sonra piroqu bişirəcəyimiz qəlibi yaxşıca yağlayırıq.

Hazırladığımız yağlı xəmiri qəlibə tökürük.

Xəmiri qəlibə yerləşdirdikdən sonra üzərinv mandarin və ya gilası düzürük.

Fırını əvvəlcədən  180 dərəcəyə isidirik.

180 dərəcə isidilmiş fırında  piroqu 40-45 dəqiqə bişiririk.

Nuş olsun!

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *