sayfa içeriği

Min Bir Dad

Piti

0

Piti

Piti, AZƏRBAYCAN MƏTBƏXİNDƏ XÜSUSİ İLƏ ŞƏKİ ZONASINDA GENİŞ YAYILMIŞ YEMƏK NÖVÜDÜR.

Piti

Piti məşhur Azərbaycan yeməyidir. Bu yemək xüsusi ilə Şəki rayonunda çox məşhurdur. Pitinin  hər payı ayrıca qabda bişirilir. Buna piti qabı deyilir. Piti qabı saxsı çölməkdən yaxud paslanmayan polad qazançadan ibarət olur və piti qabının həcmi 0,8 l təşkil edir.

Piti hazırlamaq üçün lazım olanlar:

Pitinin hər payına:

  • 163 qram qoyun əti,
  • 20 qram iri ölçülü noxud,
  • 20 qram quyruq yağı,
  • 15 qram baş soğan,
  • 150 qram kartof,
  • 20 qram təzə yaxud 10 qram quru alça,
  • 0,1 qram zəfəran yaxud 50 qram təzə pomidor,
  • 1 qram quru nanə
  • Duz
  • İstiot.

Hazırlanma qaydası

Yeməyin bişirilmə qaydası:

Bunun üçün əvvəlcə ətin hazırlanması lazımdır.

Burda qoyun cəmdəyinin döş, boyun, bud, yaxud kürək hissəsindən, təqribən 55-80 qramlıq 2-3 tikə ət götürülür. Qabaqcadan isə bir qədər noxud  arıtlanıb (qara dənlər çıxarılır) 4-5 saat soyuq suda isladılır.

Ət və noxud qaba qoyulib üstünə soyuq su tökülür və bunun ümumi həcmi 0,6 litrə çatdırılır.

Sonra həmin qab zəif od üzərində qoyulub tədricən bişirilir.

Burada əmələ gələn kəf xüsusi kəfkirlə arabir alınır.

Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof (adətən bötöv şəkildə olmaqla, orta ölçüdə və ya yumruvari  formada), yuyulmuş alça və duz qatılır, bulyon qaynadıqdan sonra içinə iri kub şəklində doğranmış baş soğan   əlavə olunur və xörəyin hazır olmasına 10-15 dəqiqə  qalmış  qaba  xırda doğranmış quyruq yağı, duz və ədviyyət vurulur.

Ayrıca 1 q zəfəran 120 q suda çay kimi dəmlənir və hər iki pay pitiyə bundan bir xörək  qaşığı qatılır.

Yeməyin  vam odda bişirilməsi  davam edir.

Süfrəyə verilmə qaydası:

  1. Piti süfrəyə veriləndə üstünə narın doğranmış quru nanə səpilir.
  2. Piti, bir qayda olaraq öz bişirildiyi  qabda süfrəyə verilir və yanına təmiz dərin boşqab yaxud kasa qoyulur.
  3. Ayrıca olaraq süfrəyə həm də boşqab içində soyulmuş baş soğan və sumaq verilir.

Qeyd:

Yay vaxtı və mövsümünə görə pitiyə şabalıd, heyva və pomidor da qatırılr. Belə hallarda alça və zəfəran qatmırlar.

Bənzər reseptlər

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *