Min Bir Dad

Pizza tortu

0

Pizza tortu

pizza-tortu

pizza-tortu

Pizza tortu

Pizza tortuüçün lazım olan ərzaqlar:

Pizza xəmiri üçün:

2,5 stəkan un,
1 stəkan ilıq  su,
1/2  şirniyyat qaşığı quru maya,
1/2 şirniyyat qaşığı toz şəkər,
1 yemək qaşığı zeytun yağı,
1 çay qaşığı duz
Sosu üçün:
3 şirniyyat qaşığı pomidor tomatı,
1 yemək qaşığı acı sos,
3 yemək qaşığı ilıq  su,
1 yemək qaşığı zeytun yağı,
1 çay qaşığı qurudulmuş fəsləyən.
Üzəri   üçün:
200 qram sucuq,
300 qram rəndələnmiş holland pendiri.

Pizza  tortunu hazırlama qaydası:

pizza xəmirini hazırlamaq üçün əvvəlcə ilıq su, quru maya, toz şəkəri kiçik bir qabda qarışdırın.  Sonra mayanın gəlməsi üçün 5 dəqiqə qədər gözlədin.
Ələnmiş un  və duzu dərin bir qaba alıb orta hissəsini açın.  Zeytun yağını və duru halda olan mayanı əlavə etdikdən sonra bütün ərzaqları ortadan kənarlara doğru qarışdırmağa başlayın.

Toparlanan pizza xəmirini mümkünsə mərmər bir dəzgahın üzərində yuvarlayıb böyük bir kündə halına gətiri. Hazırlanan kündənin üzərinə strec film  çəkib otaq temperaturunda mayalanması üçün ən azından 30 dəqiqə gözlədin.

Sadə və pratik bir pizza sosu üçün pomidor tomatını və acı sosu ilıq suyla qarışdırıb  açın.

Zeytun yağı və  qurudulmuş fəsləyən əlavə edərək sosu qarışdırın.

Mayalanan pizza  xəmirini  2  kündəyə  ayırın. Xəfif bir şəkildə unlanmış mətbəx   dəzgahı  üstündə əlinizlə açaraq düzbucaqlı şəklinbə salın.

Kiçik  boy (18-23 cm.)  dərin keks  qəlibinin alt hissəsindən istifadə edərək  4dənə yuvarlaq pizza altlığı  çıxardın.

Fırını əvvəlcədən 180 dərəcə qızdırın. Keks qəlibinin altını yağlı kağızla örtərək pizza altlığını 8 dəqiqə bişirin.

 

 

So, what do you think ?