Min Bir Dad

Pomidor şorbası

0

Pomidor şorbası

Lazım olan ərzaqlar siyahısı: 

  • 5 ədəd böyük sulu pomidor
  • 2 yemək qaşığı un
  • 1 yemək qaşığı kərə yağı
  • 4 stəkan isti bulyon
  • 2 kiçik stəkan süd (və ya 1 qaşıq qaymaq)

Servis üçün:

  • 1 stəkan sürtkəcdən keçirilmiş holland pendiri

Qeyd:

Pomidor şorbasını qışlıq olaraq özünüz hazırladığınız və ya hazırladığınız pomidor püresi ilə də hazırlamaq mümkündür.

Pomidor şorbası bişirmə qaydası:

  1. 1 yemək qayığı kərə yağı tavada əridin. 2 yemək qaşığı unu ərimiş kərə yağına əlavə edib qoxusu çıxana kimi vam odda qovurun.
  2. 5 ədəd sürtkəcdən keçirilmiş pomidoru qovrulmuş un qarışığına əlavə edib 5 dəqiqə kimi bişirin.
  3. Bunların üzərinə 4 stəkan isti ət və ya toyuq bulyonu əlavə edin. Südü bir qabda isidin. Pomidor şorbasına onu da yavaş-yavaş əlavə edin. Tez – tez qarışdırın.
  4. Pomidor şorbası qaynayana kimi orta alovda, qaynadıqdan sonra isə vam odda 15 dəqiqə bişirin. Şorbanın daha homogen olması üçün blenderdən keçirtməniz daha yaxşı olar.
  5. Bişən şorbanı süfrəyə verərkən qaba çəkdiyiniz pomidor şorbasının üzərinə sürtkəcdən keçirilmiş holland pendiri əlavə edin. Bu şəkildə süfrəyə verin.
  6. Nuş olsun!

 Qeyd:

Pomidor şorbasını kruton çörək kubları və ya qızırmaş çörək dilimləri ilə də birlikdə süfrəyə verə bilərsiniz.

 

So, what do you think ?