fbpx

Min Bir Dad

Pomidor şorbası

0
Pomidor şorbası

Pomidor şorbası

Pomidor şorbası

Şorba bişirmək üçün lazım olan ərzaqlar:

  • 5 ədəd yetişmiş pomidor,
  • 2 yemək qaşığı kərə yağı,
  • 1 dolu yemək qaşığı un,
  • 1 çay qaşığı toz bibər,
  • 5 stəkan su,
  • 1/2 stəkan süd (istəyə görə),
  • Duz,
  • İstiot,
  • Fəsləyən,

    Şorbanın üzəri üçün:

  • holland pendiri

Pomidor şorbası hazırlanma qaydası:

  • Pomidorları rəndədən keçirdin.
  • Qabıqlarını qarışdırmamağa diqqət edin.
  • Və yaxud əvvəlcə pomidorların qabığını soyun.
  • Bunun üçün əvvəlcə pomidorları bir çəngəl vasitəsi ilə ocağın üzərində tutun.
  • Bu zaman qabıqlar daha rahat soyulur.
  • Kərə yağı bir tavada əridin.
  • Unu kərə yağına əlavə edin və iyi çıxana qədər qovurun.
  • Bundan sonra buraya toz bibər də əlavə edin və qarışdırın.
  • Bundan sonra rəndələnmiş pomidorları da əlavə edin və qarışdırın.
  • 10-15 dəqiqə vam odda bişirin.
  • Suyu (olacaqsa südü də) əlavə edərək, lazımi qatılığa gələnə qədər pomidor şorbası bişirilir.
  • Bişdikdən sonra duzu da əlavə edin və ocağı söndürün.
  • Şorba süfrəyə verilərkən kasalara qoyulur.
  • Holland pendiri rəndələnir və içərisində pomidor şorbası olan kasalara şorbanın üzərinə səpilir.

So, what do you think ?