Min Bir Dad

Pomidor soslu pirzola

Pomidor soslu pirzola

pomidor soslu quzu pirzola

pomidor soslu quzu pirzola

Arpacıq soğan, sarımsaq , zeytun yağı və  pomidor  sosunda bişən pirzolalar, qızarmadığı üçün daha yumşaq olur.  Hazırlayacağınız soya sosu  qarışığı  pomidor sosunda  bişən ətin ləzzət və keyfiyyətini  daha da artırır.

Yaxşı  bişmiş bir ət yemək bir az əmək istər amma vaxt sərf etməyə dəyər. 

 

4 nəfərlik

20 dəqiqəyə hazır olur

30 dəiqəyə bişir

Lazım olan ərzaqlar:

  • 8 ədəd quzu pirzola,
  • 1/2 çay stəkanı zeytun yağı,
  • 1/2 çay  stəkanı su,
  • 100 q arpacıq soğan,
  • 3 ədəd orta ölçüdə soğan,
  • 5 diş sarımsaq,
  • 1 dəstə təzə kəklikotu,
  • 1 çay qaşığı  duz,

Sosu üçün:

  • 1 yemək qaşığı kərə yağı,
  • 1/2 yemək qaşığı  un,
  • 3 yemək qaşığı  soya sosu,
  • 1/2 çay kaşığı  təzə  çəkilmiş istiot,
  • 1/2 su stəkanı su,

 

Pirzola bişirmək üçün önəmli olan:

  • Pirzolaların döyülməmiş və iki qabırğalı  olması lazımdır.

 

Bişirmə  qaydası:

  • Pomidor  sosunda bişən pirzolaların sosunu süzəcəyiniz üçün sarımsağı baş olaraq da ata bilərsiniz .

 

Hazırlanma qaydası:

  • Pirzolaları qalın altlıqlı  bir qazanda   sıra halında  düzün.
  • Qabqllarını soyduğunuz pomidorları kiçik küp  halında  doğrayın. İsti suda  saxlayıb  qabıqllarını asanca  soyduğunuz arpacıq soğanları və sarımsaqları  doğranmış  pomidorlar ilə birlikdə qazana yığın.
  • Zeytun yağı, su, duz və təzə kəklikotunu  da əlavə etdikdən   sonra  pirzolaları qapağını qapatdığınız qazanda  vam odda  25 dəqiqəyə yaxın  bişirin.
  • Sosu hazırlamaq üçün:
  • Kərə yağını kiçik bir sos qazanında  əridin. Unu əlavə edərək   xəfif bir rəng alana qədər qovurun.
  • Soya sosu, su və təzə  çəkilmiş istiotları əlavə etdikdən   sonra sosu 5 dəqiqə  qədər qaynadın.
  • Qaynayan sosu bir süzgəç yardımıyla ayrı bir sos qazanına süzün.
  • Pomidor  sosunda bişən pirzolaları  olaraq servis tabağına alın.
  • Arpacıq soğanların ləzzət verdiyi və pirzolaların içində biştiyi pomidor  sosunu  soya sosunu hazırladığınız sos qazanına süzüb yığın.
  • Əldə etdiyiniz qarışım sosu  qatılaşana qədər vam odda bişirin.
  • Tabağa yığmış olduğunuz pirzolaların üzərinə hazır durumda olan sosu bolca gəzdirin və gözlətmədən  isti- isti  servis edin.
  • Kartof  pürəsi ya da bişirilmiş  qarışıq   tərəvəzlər  ilə servis edə bilərsiniz.

So, what do you think ?