
pomidorlu pendirli omlet
Pomidorlu Pendirli Omlet
Tərkibi:
- 6 yumurta,
- 3 şorba qaşığı süd,
- İstiot və duz,
- 6 şorba qaşığı rəndələnmiş holland pendiri,
- 2 ədəd soğan,
- 4 dənə pomidor,
- 3 şorba qaşığı marqarin,
- Təzə ədviyyatlar,
Pomidorlu pendirli omletin hazırlanması:
- Yumurta və südü çırpıb duz və istiotla dadlandırın.
- 3 şorba qaşığı rəndələnmiş holland pendirini də əlavə edin.
- Soğanı soyub kiçik –kiçik doğrayın.
- Pomidorları yuyub dilimləyin.
- Soğanı bir şorba qaşığı marqarində qovurun.
- Pomidoru əlavə edib bütöv ərzaqları bir yerdə qovurun və duz və istiotla dadlandırın.
- Qarışığı tavadan alıb soyumayacaq şəkildə gözlədin.
- Iki yapışmaz tavada marqarini əridin.
- Yumurtalı qarışığı tavalara paylaşdırıb bişirin.
- Üzərlərinə pomidorları və geri qalan pendiri tökün.
- Sonra hər iki omleti ikiyə katlayıb ortadan bölün.
- Pomidorlu Pendirli Omlet üzərlərinə təzə ədviyyatları səpib isti halda servis edin.
So, what do you think ?