Min Bir Dad

Protein bombası: Göbələkli noxud

Protein bombası: Göbələkli noxud

Protein bombası: Göbələkli noxud

Protein bombası: Göbələkli noxud

Protein bombası: Göbələkli noxud

Paxlavakimilər familiyasından olan noxudu plovdan başqa hansı yeməklərdə istifadə edə bilərəm deyə düşünməyiniz çox uzun sürməz.

Ancaq noxud üçün yenə də ən çox uyğun olan yemək noxud plovudur.

 Noxuda uyğun gələn qidalardan biri də göbələkdir.

Üstəlik də protein deposu baxımından ən böyük ortaq nöqtələri vardır.

 1001dad yemək saytı sizlərə bu tərifi təqdim edərək yaxınlarınızla birlikdə hazırlamağınızı və  nuş etməyinizi arzulayır.

4 nəfərlik,

25 dəqiqəyə hazırlanır

30 dəqiqəyə hazırlanır

Lazım olan ərzaqlar

  • 1,5 su stəkanı  bişmiş  noxud,
  • 2 ədəd  quru soğan,
  • 2 yemək qaşığı pomidor tomatı,
  • 250 qram göbələk,
  • 2 yemək qaşığı zeytun yağı,
  • 2 dənə pomidor,
  • 1 şirniyyat qaşığı duz,
  • 1 çay qaşığı istiot,

 

Tövsiyyələrimiz

  • Göbələkləri yumaq yerinə baş hissəsində olan qabığını soyun  və nəmli bir bezlə təmizləyin.
  • Göbələkləri çox suda saxlamaq onların aralmasına səbəb ola bilər.
  •  Ancaq  təmiz olmadı deyə düşünürsünüzsə sürətli sudan keçirtməyiniz yetərli olacaqdır.

Bişirmə təklifi

  • Cəfəri yarpaqları ilə bəzəyə bilər, düyü plovu ilə servis edə bilərsiniz.

 

Hazırlanma qaydası

  •  Noxudları əvvəlcədən bişirib qabıqlarını soyun.
  • Qazanı qızdıraraq içərisinə zeytun yağı əlavə edin.
  • Soğanların qabıqlarını soyun və küp küp doğrayın.
  • Doğradığınız soğanları qazana alaraq qovurun və iri doğradığınız göbələkləri soğanlarla birlikdə qovurun.
  • Pomidorların qabıqlarını soyub rəndələyin.
  • Göbələklər suyunu salıb çəkəndən sonra tomatı və pomidorları əlavə edin.
  • Daha öncədən hazırladığınız noxudları əlavə edərək noxudların üzərini bir barmaq keçənə qədər soyuq su əlavə edin.
  • Duz və istiot ilə dad verin.
  • Qazanın qapağını örtərək vam odda noxudlar yaxşıca bişənə qədər bişirin.
  • Saxsıda uzun zaman vam odda bişirə bilərsiniz  və ya tək adamlıq saxsıda üzərini folya ilə örtərək 200 dərəcəlik fırında 30 dəqiqə bişirə bilərsiniz.

Nuş olsun!

So, what do you think ?