fbpx

Min Bir Dad

Protein və karbonhidrat yan yana: Mərciməkli, noxudlu bulğur plovu

Protein və karbonhidrat yan yana: Mərciməkli, noxudlu bulğur plovu

mərcimək-və-noxutlu-bulğur-plovu

mərcimək və noxudlu bulğur plovu

 “1001 dad” yemək saytının sizlərə təqdim edəcəyi bu plov resepti  düyü plovu aşiqlərini  belə şaşırdacaqdır.
Bu plovu  həm  qəlyanaltı yeməyi olaraq, həm də  şam   yeməyi  olaraq  sınamağınızı  məsləhət görürük. 
Bulğura noxud və yaşıl mərcimək çox yaraşır.

Ərzaqlarınız  hazırdırsa  mətbəxə  keçin və yeməyi hazırlamağa başlayın.

3 nəfərlik

15 dəqiqəyə hazırlanır.

20 dəqiqəyə bişir

 

Protein və karbonhidrat yan yana: Mərciməkli, noxudlu bulğur plovu  üçün lazım olan ərzaqlar:

  • 1  ədəd bulyon,
  • 1 çay  stəkanı yaşıl mərcimək,
  • 2 çay   stəkanı bulğur,
  • 1 aədəd  rəndələnmiş   kök,
  • 1   ədəd soğan,
  • 2 yemək qaşığı  maye  yağ,
  • 1 yemeə qaşığı  marqarin,
  • 1 şirniyyat  qaşığı  duz,
  • 1 şirniyyat  qaşığı  istiot,
  • 1 şirniyyat  qaşığı  pul bibər,
  • 1 çay   stəkanı noxud (öncədə n suda  isladılmış),
  • 4 çay  stəkanı qaynar su

Protein və karbonhidrat yan yana: Mərciməkli, noxudlu bulğur plovu  necə hazırlanır?

  • Keyfiyyətli bir  bulğur   istifadə  etmək  bu yeməyin  ləzzətli olması deməkdir.
  • Öncə 1 çay stəkanı yaşıl   mərciməyi  10 dəqiqə  qədər bişməsi üçün ocağa qoyun.
  • Mərcimək  bişərkən   1 ədəd  soğanı küp- küp doğrayıb  1 ədəd kökü də   rəndələyin.
  • Mərciməyin altını qapatdıqdan sonra plov  qazanına yağı, soğanları atıb  qovurun.
  • Azca qızardıqdan   sonra rəndələnmiş kökü əlavə edib yenidən qovurun ki, bu iki tərəvəzin ətri bir -birinə qarışsın.
  • Soğan və kök qovrulduqdan  sonra yarım  bibər və   bir   qaşıq yarım da pomidor tomatını   atıb qovurun.
  • Ardından bulyonu atıb  qovurmağa davam edin.
  • Bundan sonra  sudan keçirib süzgəçdə  saxladığınız bulğuru qazana  əlavə edin.
  • Tomatı, soğanı kökü də əlavə edin.
  • Sonra  mərciməkləri də əlavə edərək   4 çay stəkanı suyu qazana tökün(bulgurunuzun suyu çəkməsinə  görə əlavə su tökə bilərsiniz. ).
  • Su yarısına qədər çəkildiyində bişirilmiş   noxudların suyunu süzüb  plova əlavə edin.
  • Plovu vam odda bişməyə qoyun.
  • Suyunu  tamamən  çəkdikdən sonra altını qapadıb   5-6 dəqiqəyə yaxın dincəlməyə qoyun.
  • İsti halda servis edin.

Nuş olsun!

So, what do you think ?