Min Bir Dad

Qabaq salatı

0

 

Qabaq salatı

 

qabaq diliQabaq salatı

 

Qabaq salatı

Qabaq salatı  üçün lazım olan ərzaqlar:

  • 3 kq qabaq,
  • 4 şirin bibər,
  • 1 acı istiot,
  • 3 baş soğan,

Sosu üçün.

  • 1 st. bitki yağı,
  • 0,5 st. şəkər tozu,
  • 2 x.q. duz,
  • 0,5 l qatı tomat pastası,
  • 1 st. Su,
  • 0,5 st. 9%-li sirkə,

Qabaq salatının  hazırlama qaydası:

  • Qabağı təmizləyin, soyun, dənələrini çıxarın. Sürtgəcdən, yaxud kombayndan keçirin.
  • Bibəri və acı istiotu yuyun, toxumlarını çıxarıb   iri doğrayın.
  • Acı istiotla işləyərkən, yaxşı olar ki, əlcəkdən istifadə edəsiniz.
  • Blenderdə, yaxud ət maşınında xırdalayın.
  • salatı bişirəcəyiniz qazana tomat pastası, su, bitki yağı, duz, şəkər tozu və xırdaladığınız bibərlə istiotu tökün.
  • Qaynadın.
  • Qabaq “dillərini” marinadın içinə tökün, səliqə ilə qarışdırın.
  • Sos  qabağın üstünü tam örtməlidir.
  • Qabaqların qabariti sizi qorxutmasın, bişdikcə büzüşüb enəcək.
  • Salatı vam odda 40 dəqiqə bişirin.
  • Aradabir qarışdırın.
  • Bişməyinə 5 dəqiqə qalmış içinə xırdalanmış sarımsaq tökün.
  • Bişib qurtarandan sonra içinə sirkə töküb qarışdırın.
  • (Diqqət yetirin: sarımsaqla sirkə isti emala çox məruz qalmamalıdır, ona görə də onları sonda əlavə edin).
  • Hazır salatdakı qabaqlar şəffaf olmalıdır. Bankaları hazırlayın.
  • Onların sterilizasiyası üçün ən asan üsul belədir: yuyulub silinmiş bankaları mikrodalğalı sobaya qoyun, maksimal gücdə 2 dəqiqə saxlayın.
  •  Sterilizə edilmiş bankalar qaynar və quru olacaq.
  • Bankaların ağzına qoyacağınız qapaqları bir neçə dəqiqə qaynadın. “Qabaq dili”ni bankalara yığın, qapaqlarını qoyub bağlayın.
  • Soyuq yerdə saxlayın.

 

So, what do you think ?