Min Bir Dad

Qabırğa dolması

0

Kaburga-Dolması

Lazım olan ərzaqlar:

  • 1 su stəkanı düyü,
  • 1 çay stəkanı iri çəkilmiş badam,
  • 2 şorba qaşığı kərə yağı,1 stəkan su,
  • 2 çay qaşığı pul bibər,
  • 1 şorba qaşığı reyhan,
  • 1 dəstə incə doğranmış şüyüd,
  • Duz,
  • Istiot,

Qabırğa üçün ərzaqlar:

  • 1,5 kq quzu qabırğası(ön qol),
  • Yarım şorba qaşığı bibər tomatı,
  • 1 çay qaşığı istiot,

Hazırlanması:

  • Düyünü yuyub süzün.
  • Tavada kərə yağını əridib düyü və badamı qovurun.
  • Qarışığın yarısını bir qaba alıb ayırın.
  • Qalan qarışığa 1 stəkan su əlavə edib , düyülər bişənə qədər bişirin.
  • Plov soyuyunca pul bibər, duz, istiot, cəfəri, reyhan və ayırdığınız düyülü qarışımı əlavə edib qarışdırın.
  • Qabırğanı plovla doldurub sağlam bir iplə tikin.
  • Qabırğa dolmasını böyük bir metal süzgəcə yerləşdirin və uyğun bir qapaqla örtün.
  • Süzgəci içində su olan bir  qazanın üzərinə yerləşdirin(su süzgəcə dəyməsin).
  • Buxarda 3 saat bişirin.
  • Bibər tomatına istiot və çox az bir su əlavə edib qarışdırın.
  • Qabırğa dolmasını fırın tabağına alıb tomatı üzərinə yaxın.
  • 190-200 dərəcəyə qədər qızdırılmış fırında üzəri qızarana qədər 20 dəqiqə bişirib servis edin.

So, what do you think ?