Min Bir Dad

Qapalı lahmacun

 

 Qapalı lahmacun

Qapalı lahmacun

 

Xəmir üçün:

  • 4,5 su stəkanı un,
  • 1 yemək  qaşığı quru maya,
  • 1,5 stəkan  su,
  • 2 çay qaşığı duz,

İç xərci üçün:

  • 500 q qiymə,
  • 2 ədəd  soğan,
  • 2 ədəd  çəyirdəkləri çıxardılmış pomidor ,
  • Yarım dəstə cəfəri,
  • 1 şorba qaşığı bibər tomatı,
  • 2 çay qaşığı duz,
  • 1 çay qaşığı istiot,
  • 5  yemək qaşığı zeytun yağı

Üzəri üçün:

  • Yumurta sarısı,

Hazırlanma qaydası:

  • Mayayı bir su stəkanı ilıq  suda əridin.
  • Geniş bir kasaya unu alıb maya və duz əlavə edərək elə yapışmayacaq bir xəmir əldə edin.
  • Üzərini  qapadıb xəmiri  mayalandırın.

İç xərci üçün:

  • Soğanı incə- incə doğrayın.
  • Duru   yağda qovurun.
  • Üzərinə qiyməni əlavə  edin.
  • Tomatı əlavə edib  qovurun.
  • Sonra doğranmış pomidoru,   duz və istiotunu qatın.
  • Ən son incə doğranmış  cəfəri əlavə edin.
  • Ocaqdan alın.
  • Xəmirdən  iri parçalar alıb tabaq böyüklüyündə açın.
  • Ortasına qiyməli xərcdən alın və ikiyə qatlayaraq qapadın.
  • Üstünə yumurta sarısını sürtüb  öncədən  180 dərəcə qızdırılmış fırında 30-35 dəqiqə  bişirin.

 

So, what do you think ?