Min Bir Dad

Qara ciyər kababı

0

ciyer kababı

Qara ciyər kababı hazırlamaq üçün lazım olanlar

Hər pay üçün:

  • 230 qram qoyun qara ciyəri,
  • 3 qram sumaq,
  • Qoyunun quyruq hissəsi
  • duz (lazım olan qədər)
  • göyərti
  • sumaq

Qara ciyər kababı hazırlama qaydası

Kababı hazırlayarkən əvvəlcə qara ciyər parçaları üzərindəki pərdələrdən azad edilir. Bundan sonra qara ciyər doğranır. Doğranan tikələr 30-40 qramlıq kub formalı olur. Qara ciyər tikələri doğrandıqdan sonra qoyunun qiyriq hessəsindən quyruq piyi də təqribən 10 qramlık tikələrə doğranır. Bu qara ciyər tikələri ilə quyruq tikələri növbə ilə şişə taxılır.

Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir.

Manqalda arada şişlər çevrilə – çevrilə hər tərəfi bişir. Kabab bişib hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq ilə birlikdə verilir.

 

So, what do you think ?