Min Bir Dad

Qarğıdalı unlu və duzlu keks

Qarğıdalı unlu və duzlu keks

Qarğıdalı unlu və duzlu keks

Keçdiyimiz yaz günlərini xatırladan qarğıdalı dənəli  nəfis bir keks pişirək.

Un yerinə qarğıdalı   unu  istifadə edən  dadlı  kekslərə alışmışsınız. 

Ancaq  bu  dəfə hazırlayacağımız keks  qarğıdalılı   duzlu keks olacaqdır.

Qarğıdalılı duzlu keks tərifində nelər mi yer alır?

Qarğıdalı   unu  əsas ını təşkil edir bu keksin.

Qabartma tozu və yumurta  isə  dəstək  olaraq bu ləzzətə  ləzzət qatır.

Kərəyağı, qara zeytun, bişmiş qarğıdalı dənələrinin də dadındanda əsla vazkeçmək olmaz.

Bu keks çay süfrələrimizin baş tacı sayılır.

Lazım olan ərzaqlar:

  • 2.5 su stəkanı  un,
    1 su stəkanı qarğıdalı unu,
    1 paket qabartma tozu,
    2 yumurta,
    1 su stəkanı  süd,
    125 q kərə yağı.
    5 ədəd  qurudulmuş pomidor,
    1 çaystəkanı bişmiş qarğıdalı,
  • Yarım çay stəkanı  doğranmış qara zeytin,
    Yarım su stəkanı  rəndələnmişpendir,
    1/4 dəstə  doğranmış şüyüd,
    1/4 dəstə  doğranmışcəfəri,
    3 ədəd  doğranmış təzə  soğan,
    1 çay qaşığı duz,
    1/2 çay qaşığı  istiot

Üzəri üçün:

  • 1 ədəd yumurta sarısı,
    1 yemək qaşığı küncüd,

Hazırlanma qaydası:

Dərin bir kasaya    qarğıdalı unu və buğda  ununu ələyin.

Qabartma tozunuəlavə edib  qarışdırın.

Ayrı bir kasada yumurtaları çırpın.

Üzərinə  südü əlavə edərək  qarışdırın.

Əridib  ilıtdığınız kərə yağı, küp doğradığınız qurutulmuş pomidor, bişirilmiş qarğıdalı dənələri, doğranmış qara  zeytin, rəndələnmiş   pendir, incə -incə doğranmış göyərti,  duz və  istiotu  da əlavə edərək yaxşıca qarışdırın.

Hazır xəmiri dörtkünc bir keks qəlibinə tökərək üzərinə çırpılmış yumurta sarısı sürtün və küncüd səpin.

Əvvəlcədən 180 dərcə qızdırdığınız  fırında 30-35 dəqiqə bişirin.

Soyuduqdan sonra dilimləyərək servis edin .

Nuş olsun!

So, what do you think ?