sayfa içeriği

Min Bir Dad

Qarın şorbası

 

Qarın şorbası

Qarın şorbası

Qarın şorbası

 

Qarın şorbası

Əziz oxuçularımız! 

1001 dad saytı sizlərə yenə bir fərqli təriflə qonaq olmağa çalışacaqdır..

Bu  “Qarın şorbası” tərifini  bəziləriniz iyi  olmasına görə çox da sevmirsiniz.

Həm də bir az əziyyətli bir yemək növüdür.

Amma sağlamlıq cəhətdən çox da diqqətəlayiq bir yeməkdir.

Sizlərə təqdim edəcəyimiz “Qarın şorbası”həm təmizlənərkən, həm də bişirilərkən ağır bir iyi olduğuna görə ümumiyyətlə uzaq durmağa çalışırıq.

Ancaq hazırlanma qaydasını  düzgün bildikdə bu yeməkdən zövq alacağıq.

Qarınıı  həm kəllə paça ilə , həm də tək bişirmək çox zövqlüdür.

“Qarın şorbasını” sevdiklərinizlə birgə hazırlamağı və sevdiklərinizlə birgə nuş etməyinizi arzulayıram!

Qarın şorbası üçün lazım olan ərzaqlar:

  1. Yarım kq dana qarnı,
  2. (dana qarnı daha dadlı olur).
  3. 1 ədəd quru soğan,
  4. 3 diş sarımsaq,
  5. 2 şorba qaşığı   kərə  yağı,
  6. Yarım şorba qaşığı tomat,
  7. 1 ədət limon suyu ( limon istifadə edilincə  ağır  iyi olmur, yeyəndə də iyini hiss etmək olmur ),
  8. Duz ,
  9. pul bibər,

Qarın şorbasının hazırlanma qaydası:

  1.  Əvvəlcə  qarını təmizləmək lazımdır.
  2. Təmizlədiyiniz  qarını suyun altında bir neçə dəfə təniz-təmiz yuyun.
  3.  Sonra təmiz qarının üzərinə qaynar  su töküb dincə qoyun.
  4. Qarını rahat təmizləmək üçün parçalara ayırıb təmizləyin.
  5.  İsti suyun içərisinə qoyduğunuz qarını mətbəx taxtasının üzərinə qoyub bıçaq yardımı ilə sıyırın ki üzərində olanlar təmizlənsin.
  6.  Təmiz qarınları yaxşıca yuyub bişirmək üçün doğrayın.
  7. Təmizlədiyiniz qarınları lap sonda bol limonlu duzlu suda təkrar-təkrar yuyun.
  8.  qazanda tamamən bişənə qədər qaynadın.
  9. Qarınları kvadrat şəklində doğrasanız daha yaxşı olardı.
  10.  Kərə yağını əridin.
  11. Soğanı və sarımsaqları soyub yuyun.
  12. Soyulmuş soğan və sarımsaqları kiçik-kiçik doğrayın.
  13.  Ərinmiş kərə yağına əlavə edin.
  14.  Soğanlar bir azca qovrulandan sonra tomat, duz, pul bibəri əlavə edib qarışdırın və qarınin üzərinə əlavə edin.
  15.  Bunları qatdıqdan sonra    2 dəqiqə  bişirin.
  16. Sonra qarının üzərinə su əlavə edin.
  17. Su mütləq isti olmalıdır.
  18. Soyuq su əlavə ediləndə xörəyin dadı azalır.
  19.  Suyu əlavə edib qaynamağa qoyun.
  20. Hazır xörəyin üzərinə limon suyu sıxın.
  21. Ancaq yadda saxlayın ki, yeməyi vam odda bişirmək lazımdır.
  22.  Xörək tamamən bişdikdən sonra servisə hazırdır .
  23. İsti-isti servis edin.

Nuş olsun!

İ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *