Min Bir Dad

Qarışıq pizza

0

Lazım olan ərzaqlar:

  • 4-5 stəkan Bismak un,
  • 2 qaşıq maya,
  • 1 qaşıq şəkər tozu,
  • Xörək duzu,
  • 1,5-2 stəkan ilıq su,
  • 4 qaşıq Asnaf maye yağ,
  • Pizzanın altına səpmək üçün Bismak  unu,

Sosu üçün:

  • 2 stəkan pomidor sosu,
  • quru kəklikotu,
  • 2 qaşıq Asnaf maye yağ,
  • Duz,
  • Bibər

Üzəri üçün:

  • Gouda pendiri,
  • Kolbasa.
  • Göbələk,
  • Zeytun.

Hazırlanma qaydası:

  • Pizzanı hazırlamaq üçün əvvəlcə ərzaqları hazırlayın.
  • Üzəri üçün lazım olan pendiri, kolbasanı,göbələk və zeytunu doğrayın.
  • Pizzanın sosunu hazırlayın.
  • Blenderə pomidor sosunu, bibəri, kəklikotunu , duz və duru yağı  əlavə edərək qarışdırın.
  • Artıq sosunuz da hazırdır.
  • İndi isə pizzanın xəmirini hazırlayın.
  • Bunun üçün Mətbəx kombaynına 4-5 stəkan Bismak ununu tökün.
  • Sonra içərisinə mayanı, şəkər tozu, Asnaf duru yağını, lazım olan qədər duzu və ilıq suyu əlavə edərək çox da bərk olmayan bir xəmir hazırlayın.
  • Xəmirin bir az gəlməsini gözləyin.
  • Bu arada sobanı 200 dərəcəyə yaxın qızdırın.
  • Mayalanan xəmiri vərdənə yardımı ilə açın.
  • Əvvəlcədən qızdırdığınız sobada 10 dəqiqəyə yaxın bişirin.
  • Sonra sobadan çıxardaraq üzərini hazırladığınız ərzaqlarla süsləyin.
  • Əvvəlcə bişirdiyiniz yaymanın üzərinə hazırladığınız pomidor sosunu çəkin.
  • Sonra rəndələnmiş Gouda pendirini səpin.
  • Pendirin üzərinə doğradığınız göbələkləri əlavə edin.
  • Gobələklərin üzərinə doğradığınız kolbasanı və  zeytunu əlavə edin.
  • Qarğadalı konservini də əlavə etdikdən sonra 200 dərəcə qızdırılmış sobada 20 dəqiqəyə yaxın bişirin.
  • Pizza hazır olduqdan sonra dilimləyərək servis edin.

Nuş olsun!

So, what do you think ?