Min Bir Dad

Qarışıq salat

0
Qarışıq salat

Qarışıq salat

Qarışıq salat

1001dad.com sitəsi olaraq ləzzətli “Qarışıq salat”resepti tədim edirik.

Asan və ləzztli yemək tariflərindən biri olan salat resepti ilə tanış olun.

Hazırlamaq üçün lazım olan ərzaqlar

  • 5-6 ədəd reyhan,
  • 5-6 ədəd fəsləyən,
  • 5-6 ədəd şüyüd,
  • 5-6 yarpaq  roka (olmasa tərə),
  • 5-6 yarpaq ispanaq,
  • 5-6 yarpaq kahı,
  • 10-12 ədəd semizotu,
  • 10-12 ədəd cəfəri,
  • 2 ədəd pomidor,
  • 2 ədəd xiyar,
  • 1 ədəd dolmalıq qırmızı bibər,
  • 50 qram çeçil pendir,
  • 1 ədəd limon,
  • duz,
  • sumaq,
  • 1 qaşıq narşərab,
  • zeytun yağı,

Qarışıq salat hazırlanma qaydası:

1. Zeytun yağı, limon suyu, duz, sumaq və narşərab bir şüşə bankaya qoyulur.

Duz əriyib qarışana qədər qarışdırılır.

2. Dolmalıq bibər közlənir, qabığı soyulur.

Bundan sonra incə – incə doğranır.

3. Çeçil pendir liflərə ayrılır.

4. Göyərtilərin hamısı əvvəlcə təmiz yuyulur, sonra kiçik – kiçik doğranılır.

5. Pomidor və xiyar yuyulur və dilimlənir.

6. Bütün məhsullar qarışdırılır və servis edilir.

Nuş olsun!

 

 

So, what do you think ?