Min Bir Dad

Qarışıq turşu

0

qiymə turşu2Ərzaqlar:

  • 1 dənə  kələm,
  • yarım kq  kök,
  • yarım kq  qırmızı bibər,
  • 1 baş sarımsaq,
  • 2 şorba qaşığı limon duzu,
  • Duz,
  • Bir az kereviz yarpaqları (istərsəniz),

Hazırlanması:

  • Kələmin  üst  yarpaqları alın və yuyun.
  • Kələmi əvvəlcə 5-6 hissəyə  bölün sonra 3-4 mm incəliyində doğrayın.
  • Kökləri rəndələyin.
  • Qırmızı bibəri yuyun.
  • Toxumlarını təmizləyin.
  • Onu da  doğrayın.
  • Sarımsaqları təmizləyin.
  • Onları da 4-5 yerə  doğrayın.
  • Kərəviz yarpaqlarını da yuyun və incə- incə doğrayın.
  • Limon duzunu narın əzin.
  • Böyükçə bir qazana  doğradığınız  kələmi, qırmızı bibər,kərəviz yapraqları ,sarımsaq və rəndələdiyiniz kökləri qoyun.
  • Üzərinə  limon duzunu və normal duzu səpin və əlinizlə bütün  ərzaqları bir-birinə qarışdırın.
  • Həm də  əllərinizlə  sıxaraq  ovuşdurun.
  • 5-6 dəqiqə  belə  ovuşdurun.
  • Bütün  ərzaqları böyük şüşə bankaya əlinizlə basdıraraq yerləşdirin.
  • Qapağını möhkəm  bağladıqdan  sonra işıq almayan sərin bir yerdə  (10-12 dərəcə  temperaturda) saxlayın.
  • 15-20 gün sonra iştaha ilə  yeyə bilərsiniz.

So, what do you think ?