Qarpız limonatı
Qarpız limonatı üçün lazım olan ərzaqlar:
- 2 dənə limon suyu,
- 1 limon qabığı rəndəsi,
- 2 yemək qaşığı şəkər və ya bal,
- 2 su stəkanı qarpız suyu,
Qarpız limonatının hazırlanma qaydası:
- Əvvəlcə qarpızı təmiz yuyun.
- Yuyulmazsa üzərində olan toz zəhərlənməyə səbəb ola bilər.
- Sonra qarpızı dilimlərə ayırın.
- Böyük bir qarpız diliminin qabığını soyub çəkirdəklərini təmizləyin.
- Təmizlədiyiniz qarpız dilimini mətbəx robortunda çəkin.
- İki stəkan qarpız suyu əldə edin.
- Hazırladığınız qarpız suyunu süzüb su qabına yığın.
- Bir dənə limonu yuyub, sonra qabığını rəndələyin.
- Üzərinə 2 yemək qaşığı şəkər və iki limonun suyunu sıxın və limonları da bir az əlinizdə ovun.
- Süzərək su qabına alın , üzərinə soyuq su və buz əlavə edərək servis edin
-
Not:
- Şəkəri istəyə görə az və ya çox da istifadə edə bilərsiniz.
- Qarpız limonatına təzə nanə də əlavə edə bilərsiniz.
- Əvvəlcə nanə yarpaqlarını yuyun.
- Hazırladığınız içəcəyin içərisinə təzə nanə yarpaqları da əlavə etsəniz fərəhlədici bir limonat olacaqdır.
- Təzə -təzə istifadə etməniz daha məqsədə uyğundur.
So, what do you think ?