Min Bir Dad

Qarssayağı tikə kabab

0
Tikə kababı

Tikə kababı

LAZIM OLANLAR:

Hər payına:

  • 350 q qoyun əti,
  • 100 q qoyun böyrəyi,
  • 50 q baş soğan (yarısı marinadlaşdırmaq üçün),
  • Göy soğan,
  • Limon,
  • Cəfəri,
  • Sumaq,
  • istiot,
  • duz.

Hazırlanma qaydası:

Qoyun cəmdəyinin bel hissəsindən bütöv tikələr və böyrəklər götürülür. Qızartmazdan qabak ət soyuq yerdə 3-4 saat saxsı yaxud minalı qabda soğanla birlikdə marinadlaşdırılır.

Bişiriləndə ət böyrəklərlə birlikdə şişə taxılır, duzlanır və manqalda alovsuz közərmiş kömür üzərində qızardılır.

Xörək süfrəyə veriləndə yanına soğan, sumaq, limon, istiot və duz qoyulur. Yay vaxtı şişdə qızardılmış pomidor da bunun yanına qoyulur.

 

So, what do you think ?