sayfa içeriği

Min Bir Dad

Qatıq

0

Qatıq

qatıq

Qatıq

QATIQ

Qatıq, südün mayalanması ilə hazırlanır və yoksək kaloriyə sahib bir qidadır. Azərbaycanda tərkibinin əsas hissəsini QATIQ təşkil edən bir çox yemək növü var: Dovğa, Doğramac, Ayran aşı, Atlama və s.

Qatıq hazırlamaq üçün lazım olanlar: 

  • Təzə süd: 1 lit
  • Qatıq: 1 qaşıq (mayalanmaq üçün)

Qatıq hazırlanma qaydası: 

  • Evdə qatıq hazırlamaq həddindən artıq asan bir prosesdir.
  • Pastorizə süddən istifadə etmirsinizsə əvvəlcə südü süzün.
  • Südü süzmək üçün əsasən bir neçə dəfə qatlanmış tənzifdən istifadə edilməsi məsləhətdir.
  • Süd süzüldükdən sonra əvvəlcə südü qaynadın.
  • Süd qaynamağa başladıqdan sonra taxta qaşıqla ən azı 15 dəqiqə havada sovuraraq, qarışdıraraq bişirin.
  • Süd bu şəkildə bişirildiyi təqdirdə, qaşığı aşağıdan yuxarı doğru hərəkət etdirərək qarışdırsanız, qatığınız daha ləzzətli olar.
  • Bunun səbəbi isə, bu zaman süd havada olan oksigenlə zənginləşmiş olur.
  • Bişən südü sonra bir qaba tökün.
  • Bunun üçün polad və ya saxsı qablara üstünlük verin.
  • Emallı qablarda çalınan qatıqlar sulu olur.
  • Qaynayan süd biraz soyuyub orta temperaturda (ılıq) olduqda südü mayalayırıq.

Maya necə hazırlanır?

  • Maya hazırlamaq üsulu çox asanddır.
  • Hər litr südə bir xörək qaşığı qatıq əlavə edin və qarışdırın.
  • Mmayanın südə asan qarışması üçün qatığı əvvəlcədən başqa qabda südə qarışdırıb o şəkildə ilıq südə qarışdırmaq olar.
  • Südə maya qarışdırarkən südün səthindəki qaymağı toxunub pozmamağa çalışın.
  • Bu zaman südü qabın dib hissəsindən ehtiyatla qarışdırın.
  • Bu zaman hazır məhsulun üzərində ləzzətli qaymaq təbəqəsi meydana gəlir.
  • Südün yağlılığından asılı olaraq qaymaq təbəqəsinin rəngi sarımtıl olur.
  • Mayanı qarışdırdıqdan sonra qatıq çalınacqa olan qabın qapağını örtün.
  • Bu zaman qabın qapağını yüngülcə aralı qoyaraq buxarın çıxmasına imkan verin və qazanın hər tərəfini parça ilə bürüyün. Süd sürətlə deyil, yavaş – yavaş soyumalıdır.
  • Yeri gəlmişkən deyək ki, südü mayalayarkən temperatura çox ciddi diqqət yetirmək lazımdır.
  • Temperaturunun sürətlə dəyişməməsi, yavaş – yavaş dəyişməsi üçün qabı yaxşı izolyasiya etmek lazımdır.
  • Mayalanma zamanı südün temperaturu da çox vacibdir.
  • Çünki süd çox isti olsa, son məhsul sulu olar, çox soyuq olsa, maya tutmaz.
  • Mayalanıb hazır olan qatığı, özünü tutması üçün biraz soyuducuda gözlətmək məsləhətdir.
  • Bu zaman soyuducudan nə qədər tez istifadə olunarsa, məhsul bir o qədər şirin olar.
  • Soyuducuda gözlədilməsə, qatıq biraz turş olar.
  • Qatıq uzun müddət qaldıqda üzərinə su yığılır.
  • Bu suyu atmayın.
  • Bu suyun  vitamin və minerallarla çox zəngin olduğunu yaddan çıxartmayın.
  • Digər tərəfdən, bu sudan ayran hazırlayarkən də istifadə oluna bilər.
  • Bu sudan eyni zamanda duzlayaraq pendirin uzun müddət saxlanmasında da istifadə etmək olar.

Nuş olsun!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *