fbpx

Min Bir Dad

Qatıqlı yaşıl lobya

0

Qatıqlı yaşıl lobya

Qatıqlı təzə lobya

Qatıqlı təzə lobya

Qatıqlı yaşıl lobya   yeməyi üçün lazım olan ərzaqlar:

  • 400 q  təzə lobya,
  • 300q quşbaşı ət- bərabər bişirmək üçün  kiçik bir soğan,
  • 2 orta boy kartof,
  • 3 su stəkanı qatıq,
  • 1 təpələmə yemək qaşığı un,
  • 1 yumurta

Sosu   üçün:

  • 1 orta boy soğan,
  • 1 yemək qaşığı   kərə  yağı,
  • 3-4 yemək qaşığı zeytun yağı,
  • 1 şirniyyat  qaşığı qırmızı bibər,
  • Duz

Qatıqlı yaşıl lobya yeməyinin hazırlanma qaydası:

  • Əti   buxar qazanında  kiçik bir soğanla bərabər 25 dəqiqə bişirin.
  • Lobyaları  2 cm uzunluğunda doğrayıb ətə  əlavə edin.
  • Qapağını qapayıb  10 dəqiqə  daha bişirin.
  • Kartofları   küp -küp doğrayıb  yeməyə əlavə edin.
  • Bu əsnada duzunu da atın.
  • Diğər yanda  un,qatıq və yumurtanı mümkünsə əl blenderiylə  yaxşıca  çırpın.
  • Bu qarışımı kiçik bir qazana  qoyub  qaynayana qədər qarışdırın.
  • Diğər tərəfdə isə kartofları   da bişmiş olan yeməyə   əlavə edin.
  • Bir az  daha qaynadıb  ocağın altını qapadın.
  • Yağı və çox kiçik doğranmış soğanı tavaya alıb  yandırmadan qovurun.
  • Soğan və lobyanın özünə xas olan dadı bu yeməyə xüsusi tam   verir.
  • Bu yeməyi bol acılı da hazırlaya bilərsiniz.
  • Sosunu da sadəcə  yağa  qırmızı bibər və bol nanə əlavə edib  hazırlayın.
  • Yeməyin qatığının çürüməməsi üçün bişdikdən sonra uzun zaman  qazanın  qapağını qapalı tutmayın.
  • Arada bir qarışdırın.
  • Servis edərkən kasaların üzərinə bu sosdan gəzdirin .

Nüş olsun!

 

So, what do you think ?