Qaynatmadan hazırlanan heyva konservası
Qaynatmadan konserva hazırlamağın da ayrtı bir ləzzəti vardır.
Keçmiş qaydalarla hazırlanan konservalar artıq o qədər də istifadə olunmur.
Böyük qazanlarda uzun sürən qaynatma işləri etmək olduqca çox yorucu olurdu.
Artıq hər şeyin sadəsi olduğu kimi, konserva hazırlamanın da sadə yolunu tapdıq.
1001 dad yemək saytının sizə təqdim etdiyi “Qaynadılmadan hazırlanan heyva konservası” da çox gözəl və ləzzətli bir tərifdir.
Yoxlamaq istəyənlər heyva mövsümü qurtarmadan hazırlasalar yaxşı olardı.
Qaynatmadan hazırlanan heyva konservası üçün lazım olan ərzaqlar:
- 4 ədəd iri heyva,
- 6 stəkan su,
- 1 su stəkanı şəkər,
- bir az limon suyu.
Qaynatmadan hazırlanan heyva konservasının hazırlanma qaydası:
- Heyvaları təmiz-təmiz yuyun.
- Suyunu silin.
- Heyvaların qabığını soymayın.
- Hazır heyvaları doğrayın.
- Doğradığınız zaman heyvanın çəyirdəklərini təmizləyin.
- Digər yanda isə iri bir qazanda suyu qoyun.
- Qazandakı suyun içinə limon suyunu, şəkəri əlavə edib qaynamağa qoyun.
- Suyu 10 dəqiqə qaynadın.
- 10 dəqiqə qaynadıqdan sonra heyvaları da suyun içinə atın.
- Heyvaları da bu suda 10-15 dəqiqəyə yaxın bişirin.
- Heyvalar qaynamağa davam edərkən isti su ilə çalxaladığınız bankalara bişmiş heyvaları suyu ilə birlikdə doldurun.
- Bankaların ağzını möhkəm bağlayıb düz bir yerdə hər hansı bir pambıq parçanın üzərinə tərs çevirin.
- Bankalar tamamən soyuduqdan sonra günəş görməyən bir yerdə saxlayın.
- Nuş olsun!
So, what do you think ?