sayfa içeriği

Min Bir Dad

Qaz ətli plinçik

Qaz ətli plinçik  

Qaz ətli plinçik

Qaz ətli plinçik

Qaz ətli plinçik

  • 1,5  stəkan  süd,
  • 2 yumurta sarısı,
  • Aldığı qədər un,
  • Yaş maya,
  • Duz,
  •  kərə yağı

İçi üçün :

  • Bişmiş  qaz əti,
  • 1 baş soğan,
  • 1  şirniyyat qaşığı  tomat,
  • Qaz ətindən hazırlanan ət suyu,
  • Arzuya görə ədviyyat ,
  • Duz

Hazırlanma qaydası :

  • Yaş mayanı  yarım çay stəkanı  ilıq şəkərli suda açın.
  • Süd, yumurta sarısı, yaş maya, duz və aldığı qədər un əlavəsiylə çırparaq qarışdırın və qatılaşmış halda olan bir xəmir əldə edin.
  • Xəmiri soyuq  olmayan bir yerdə mayalanmaya qoyun.
  • Arabir diqqət edərək    qabaran xəmiri   çırparaq yatışdırın.
  • Yapışmaz bir tavanın dibinə çox  az  kərə yağı əlavə edərək mayalı çıvıq xəmirdən  bir çömçə  alıb  tavaya tökün.
  • Tavaya tökdüyünüz cıvıq xəmiri tavanın hər yerinə yayıb  incəldin.
  • Üzəri göz- göz olan plinçik  xəmirinin  diğər üzünü də taxta bir spatula ilə zədələmədən  çevirip eyni  şəkildə göz -göz oluncaya qədər bişirin.
  • Plinçik xəmirlərinin  üst hissələrini kərə yağ və ya margarinlə  yağlayaraq bir siniyə üst- üstə alın.
  • Bir başqa qazanda  qaz ətinə bir az maye yağ əlavə edərək  ətlər yumuşalııncaya qədər qaynadın.
  • Qazanda olan   köpükləri tez-tez təmizləyin.
  • Ət suyunu incə tel süzgəcdən süzüb bir başqa  qazana  alın.
  • İçərisinə bir parça istiot və  duz əlavə edərək bir az  qaynadı ət suyunuzu hazırlayın.
  • Qaz ətlərini əlinizlə  didikləyib , çox  iri olmayan lifli parçalar halına  gətirin.
  • Kənarda soyumağa qoyun.
  • Bir tavada bir baş soğanı doğrayıb qızarana qədər qovurun.
  • Didiklədiyiniz qaz ətlərini də   tavaya alıb  soğanlarla bərabər bir neçə  dəfə  çevirin.
  • Tomatı, ədviyyatları və duzunu da əlavə edib ət suyundan da bir stəkan əlavə edin .
  • Tavadakı ətlər suyunu çəkənə qədər bişirib ocağı söndürün.
  • Plinçiklərdən bir az iri bir sini götürün.
  • Plinçiklərin qalınlığına görə iki-üç plinçiki üst-üstə   siniyə yığın.
  • Sonra qaz ətini və  iç malzəməsini  plinçikin üzərinə  yaxşıca yayın.
  • Üzərinə yenidən iki  və ya üç qat plinçik əlavə edin.
  • Bu işləmi sinidən daşmayacağa qədər davam etdirin.
  • Hazırladığınız blinçikləri iti bir bıçaq yardımı  ilə üçbucaq şəklində kəsin. Üzərinə qaynatdığınız qaz ətinin suyundan axıdıb sinini ocağa qoyun.
  • Bir az ocaqda sinini fırladaraq bişirin və ilındıqdan sonra isə servis edin.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *