fbpx

Min Bir Dad

QAZ DOLMASI

 

01 kaz tandir i tmgrup com tr

Lazım olanlar:

Pilovu üçün:

  • 4 ədət böyük boy soğan,
  • 3 su stəkanı düyü,
  • Qazın ciyəri vəürəyi,
  • Hər biri yarım su stəkanı badam, fındıq, istəyə bağlı qoz,
  • 1 yemək qaşığı quş üzümü,
  • 1 çay qaşığı darçın,
  • 1 çay qaşığıistiot,
  • 2 çay qaşığı toz şəkər,
  • yarım çay stəkanı duru yağ,
  • duz,

Qazın üzərinə sos:

  • 2 yemək qaşığı qatıq,
  • 1 yemək qaşığı pul bibər,
  • 1 şirniyyat qaşığı istiot,
  • 1şirniyyat  qaşığı acısız toz bibər,
  • 1 şirniyyat qaşığı duz,

Fırınlamaq üçün:

  •  Normal boylarda 2 dənə böyük iynə və ip,
  • Pilov hazırlamaq qaydası:
  • Duru yağı qazana qoyub soğanları küp -küp doğrayın ve qızarana qədər qovurun.
  •  Üzərinə yuyulmuş və süzülmüş düyüləri qoyub  duzunu və şəkərini atın.
  • Suyunuəlavə edib , pilovun suyu az kalıncaya qədər bişirin.
  • 3 su stəkanı düyünü 5 su stəkanı suyla qoya bilərsiniz.
  • Daha sonra vam odda suyunu çəkənə qədər bişirməyə davam edin.
  • Ciyəri və ürəyi ufaq- ufaq doğrayın kiçik bir tavada bişirin və pilova əlavə edin.
  • Çərəzləri də kiçik bir tavada az qızardın və pilovaəlavə edin.
  • Darçını, istiotu qoyub pilovu  əzmədən qarışdırın.
  •  Qazın içini doldurmaq  üçün qazı gözəlcə təmizləyib yuduqdan  sonra içini iç pilovla doldurun.
  • İynə  və iplik yardımıyla doldurduğunuz qazı tikin.

FIRINLAMA AŞAMASI:

  •  Doldurup tiktiyiniz qazı bir sininin çinə alın .
  • Bir  kasanın içinə sos ərzaqlarını ədviyyatları, qatığı  qoyub  qarışdırın.
  • Qarışımı hər tərəfinə gözəlcə sürtün.
  •  Fırın torbasının  içinə alıb  ağzını bağlayın.
  •  Əvvəlcədən 180 dərəcə qızdırılmış  fırında  2 saat bişirin.
  • Qızarmış sevirsiniz 5 dəqiqə  220 dərəcədə daha bişirin.
  • Qalan pilovu  böyük bir sini içinə alıb , yanına fırından çıxartdığınız qazı yerləşdirin.
  • Pomidor  bibər soğanla bəzəyib servis  edin.

So, what do you think ?