sayfa içeriği

Min Bir Dad

Qırma börək

 Qırma börək

Qıvrım – Qırma börək

Qırma börək

 Qırma börək

Qırma börək çox pratik bir börəkdir.

Hazırlanmağı olduqca rahatdır və üzərindəki qatıqlı sos nəticəsində  də yumşaq, fırından çıxardarkən xoş ətri sayəsindəçox sevilən bir börəkdir.

Həm hazır yuxa ilə, həm də əldə açılmış yuxa ilə hazırlana bilir.

Lazım olan ərzaqlar:

  • 3-4 yuxa,
  • Yarım kq  şor,
  • Yarım dəstə cəfəri,
  • 1 yumurta,
  • 1 kasa qatıq,
  • 1 çay stəkanı duru yağ,

Üzəri üçün:

  • küncüt,

Hazırlanma qaydası:

  • Cəfərini yuyub təmizlədikdən sonra incə-incə doğrayın.
  • Doğradığınız cəfəriləri şor ilə qarışdırın.
  • Duzuna diqqət edin .
  • Digər yanda isə qatığı, yumurta və duru yağı bir çırpma teli vasitəsi ilə çırpıb qarışdırın.
  • Yuxaları düzgün bir yerdə sərin.
  • Əvvəlcə qatıqlı qarışımı bir-iki qaşıq ölçüsündə yuxanın üzərinə sürtün.
  • Bundan sonra isə cəfəri və şor qarışımını yuxanın üzərinə yayın.
  • Yuxaların iki qarşılıqlı ucunu bir birinin üzərinə gələcək şəkildə qapadın.
  • Ardından iki ucundan büzün.
  • Büzülən yuxalar 5-6 barmaq qalınlığında  bıçaqla kəsin.
  • Altı azca  yağlanmış bir fırın sinisinə  yığın.
  • Bir-birinə   yanaşı şəkildə içi  dolu yuxalar alınır.
  • Üzərlərinə  qatıqlı  xərcdən  qaşıq yarımıyla gəzdin.
  • Hətta üzəri üçün olan qarışıma bir az daha qatıq   əlavə edin  ki,  qızardığında  yumşaq  və  gözəl  görünən, yumşaq bir börək əldə edə biləsiniz.
  • Üzərinə küncüt   gəzdirərək, alt -üst qızarması üçün  fırına verin.
  • Çıxartdıqdan sonra  üzərinə barmağın  uçlarıyla su səpərək  bir bezlə üzərini örtüb bir sürə dincə qoyun.
  •  Bununla da börəyiniz  qurumadan, yumşaq bir hal almış olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *