Min Bir Dad

Qırmızı ət və tərəvəzli diyet yeməyi

qırmızı ət və səbzəli diyet yeməyi

qırmızı ət və tərəvəzli  diyet yeməyi

Qırmızı ət və  tərəvəzli diyet yeməyi

Lazım olanlar: 

  • 350-400 qram yağsız dana əti.
  • 2 ədəd böyük badımcan,
  • 2 ədəd yaşıl qabaq,
  • 2 ədəd prasa,
  • 1 ədəd yaşıl bibər,
  • 1 ədəd qırmızı bibər,
  • 3 qaşıq maye yağ,
  • 1 kiçik qaşıq istiot,
  • 1 kiçik qayıq kəkotu qurusu,
  • pul bibər (istəyə görə),
  • 2 diş sarımsaq (istəyə görə),

Qırmızı ət və tərəvəzli  diyet yeməyi hazırlanma qaydası:

  • Yeməyi hazırlanma əvvəlcə ətləri yuyun, suyunu süzün və istədiyiniz kimi doğrayın.
  • Sonra təzyiqli qazana yerləşdirin, üzərinə 1 qaşıq maye yağ, bir çimdik duz və biraz istiot, pul bibər vurun.
  • Tərəvəzlərin hamısını yaxşıca yuyun, uzunlamasına doğrayın və qazandakı ətin üzərinə düzün.
  • Bunların da üzərindən maye yağ, duz və ədviyyatları əlavə edin.
  • Doğranmış ət tikələri qazanın alt hissəsində qalacaq şəkildə qarışdırın.
  • Qazanı ocağın böyük gözünə yerləşdirin.
  • Təzyiqli qazanın qapağını bağlayın.
  • Ocaqda qazın səviyyəsini tam artırın.
  • İsinib buxar çıxmağa başladıqdan sonra ocağın temperaturunu azaldın və vam odda qırmızı ət və tərəvəzli diyet yeməyini  25 dəqiqə bişirin.
  • Sonra ocağın üzərindən götürün.
  • Yemək biraz dincəldikdən sonra isti – isti servis edin.

Foto anlatım

qırmızı ət və səbzəli diyet yeməyi-1

 

So, what do you think ?