Min Bir Dad

Qırmızı mərcimək küftəsi

0

Qırmızı mərcimək küftəsi

 

qızarmış mərcimək küftəsi

qızarmış mərcimək küftəsi

“1001dad “saytı hər evin dolabında bankalarda olan, bəzən şorba, bəzən də mərcimək küftəsi olan qırmızı mərcimək  ilə başqa bir tərif  hazırlayaraq sizin görüşünüzə gəldi.
 İçərisində az miqdarda qiymə, bol miqdarda qırmızı mərcimək olan bu təriəf bildiyimiz mərcimək küftəsinin əslində qiyməli  və  qızardılmış halı da deyə bilərik.
Salatların yanında protein niyyətinə və ya fərqli soslarla  istifadə edə biləcəyiniz  bu nəfis ləzzəti sizlərə təqdim edirik.

4 nəfərlik

Hazırlanma :

15 dəqiqə

Bişirmə:

10 dəqiqə

Lazım olan ərzaqlar:

  • 1,5 su stəkanı  qırmızı mərcimək  bişmiş,
  • 1 su stəkanı incə bulğur,
  • 6 yemək qaşığı  irmik,
  • 250 q  dana qiymə,
  • 1,5 yemək qaşığı  un,
  • 1 ədəd  rəndələnmiş soğan,
  • 1 çay qaşığı  duz,
  • 2 çay qaşığı  toz qırmızı bibər

Hazırlanma qaydası:

  • Qırmızı mərciməkləri   bişirin  və yumşaldıqdan sonra dərin bir kasaya alın.
  • Üzərinə incə bulğur, irmik, qiymə, un, rəndələnmiş soğan, duz və toz qırmızı bibəri də  də əlavə etdikdən sonra  bütün ərzaqları  bir -birinə qarışdıraraq yaxşıca yoğurun.
  • Yaxşıca  yoğrulan mərciməkli qarışımı qozdan   bir az daha böyük parçalar alın və yuvarlayıp, yastı   bir şəkil verin.
  • Küftələlri qızğın yağda nar kimi qızarana qədər bişirib, sos ilə birlikdə və ya salatların üzərinə əlavə edərək   servis edin.

 Nuş olsun!

So, what do you think ?