Min Bir Dad

Qırmızı ürəkli rulon tort

rulon pasta

Qırmızı ürəkli rulon tort

Qırmızı ürəkli rulon tort üçün lazım olan ərzaqlar:

  • 5 dənə yumurta,
  • 1,5 stəkan un,
  • 1 stəkandan bir barmaq əksik şəkər,
  • 1 paket qabartma tozu,
  •  2 yemək qaşığı vanilin,
  •  ½ çay qaşığı qırmızı qıda boyası,

Kremi  üçün:

  •  4 stəkan süd,
  • 1 stəkan un,
  • Şəkər,
  •  2 yemək qaşığı  krem şanti,
  • 1 yemək qaşığı  kərə yağı,
  • 2 yemək qaşığı vanilin,

Qırmızı ürəkli rulon tortun hazırlanma qaydası:

  • Əvvəlcə ymurtaları qırın.
  • Sonra üzərinə şəkəri əlavə edin.
  • Yumurta və şəkəri krem qatılığına gələnə qədər mikserlə çırpın.
  • Unu və qabartma tozunu da əlavə edib qarışdırın.
  • Bu qarışıqdan 4 qaşıq başqa qaba alın. 1 yemək qaşığı un əlavə edin.
  • 1 qaşıq kərə yağını əridib  içinə qarışdırın.
  • Gıda boyasını əlavə edib  qarışdırmağa davam edin.
  • Rəngli   xəmiri sıxma torbasına  yığın.
  • Torbanı kürdanla deşin.
  • Əvvəlcə ürəklərin formasıı düzəldin.
  • Sonra isə  ürəklərin içini doldurun.
  • Düzəltdiyiniz  ürəkləri fırın sinisinə yığın və 160 dərəcə qızdırılmış  fırında 2 dəqiqə bişirib tez  də çıxardın.
  • Üzərinə qalan keks  xəmirini eyni şəkildə yayın.
  • 160 dərəcə qızdırılmış  fırında 10-12 dəqiqəyə yaxın bişirin.
  • Fırından çıxartdıqdan həmən sonra yavaşca sarıyaraq rulon bükün.
  • Isladıb  möhkəm sıxdığınız bir dəsmalı rulonunuza  bükün.  2-3 dəqiqə sonra dəsmalı açın.
  • Rulonunuz  soyuduğu müddətdə kremini hazırlayın.
  • Bir qazana süd, un şəkər qoyun.
  • Çırpma teli ilə möhkəm qarışdırın və ocağa qoyun.
  • Ocaqdadavamlı qarışdırın.
  • Qatı bir bir krem hazırlayın.
  • Qaynamağa başladıqdan sonra altını azaldın və qarışdırmaya davam edin. 4-5 dəqiqə sonra altını söndürün.
  • Kənara alın arada qarışdırın.
  • Kərə yağını və toz kremşantini də əlavə edib qarışdırın.
  • Soyuduqdan sonra rulonunuzun içinə spatula yardımı ilə  kremi  yayın.
  • Və rulonunuzu hazırlayın.
  • Ürəklər üstdə  qalacaq  şəkildə   servis tabağına yığın.

    Nuş olsun!    

 

 

So, what do you think ?