Min Bir Dad

Qış şorbası

qış şorbası

qış şorbası

Lazım olanlar: 

  • 1 yerkökü,
  • 1 kiçik qabaq,
  • 1 dəstə ispanaq,
  • 1 ovuc düyü,

xəmir:

  • 0,5 st. Bulğur,
  • su,
  • qara istiot,
  • pul bibər,
  • 2 x.q. un
  • 0,5 yumurta,

sous:

  • kərə yağı,
  • bibər (tomat) pastası,
  • sarımsaq,
  • nanə,
  • limon şirəsi,

Hazırlanma qaydası

  • Öncə küftələrin xəmirini hazırlayın.
  • Bunun üçün bulquru isti suda isladın, 5 dəqiqə sonra ədviyyat vurun, qarışdırın, yumurta, az-az un əlavə edərək yoğurun.
    Xırda küftələr tutun.
  • Un səpilmiş siniyə yığın.
  • Yerkökünü xırda doğrayıb kərə və zeytun yağının qarışığında qovurun.
  • İsti su tökün.
  • Küftələri qazana əlavə edin.
  • 5 dəqiqə bişdikdən sonra xırda doğranmış qabağı əlavə edin.
  • 5 dəqiqə bişdikdən sonra doğranmış ispanağı əlavə edib daha 2 dəqiqə bişirin.
  • Sous:
  • 2-3 dolu qaşıq kərə yağını əridin, bibər (tomat) pastası, nanə, 4-5 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın, şorbaya əlavə edin.
  • Zövqə görə limon şirəsi əlavə edə bilərsiniz.

So, what do you think ?