sayfa içeriği

Min Bir Dad

Qışlıq pomidor sosu necə hazırlanar?

0

Qışlıq pomidor sosu necə hazırlanar?

 

qışlıq pomidor sosu

 

Qışlıq pomidor sosu necə hazırlanar?

Lazım olan ərzaqlar:

  1. 5 kq pomidor,
  2. 1 çay stəkanı zeytun  yagi,
  3. 1 yemək qaşığı  duz,
  4. 1 baş iri diş sarımsaq,
  5. qapaqlar və bankalar 4-5 ədəd ,

Qışlıq pomidor sosunun hazırlanma qaydası:

  1. Pomidorları yuyub rəndədən keçirdin.
  2. İstərsəniz pomidorların qabıqlarını soyub iri şəkildə də doğraya bilərsiniz.
  3. Pomidorları mətbəx robortundan da keçirdə bilərsiniz münki çox sulu olduğu üçün qaynadan zaman istənilən qatılığa çatmaq çətin olur.
  4. Geniş bir qazana  rəndələdiyiniz pomidorları  qoyun.
  5. 20 kq-a yaxın olan pomidorları hissə-hissə bişirə bilərsiniz .
  6. Belə edərsinizsə həm ölçüsünü düzgün bilərsiniz, həm də daha keyfiyyətli bir dad əldə edə bilərsiniz.
  7. Qazana pomidorları qoyun üzərinə zeytun yagi və duzu əlavə edib ocağı yandırın.
  8. Əvvəlcədən təmizləyib hazırladığınız sarımsaqları istərsəniz bütöv ya da doğranmış halda əlavə edəbilərsiniz.
  9. Sarımsaq  istifadə etməyə də bilərsiniz öz istəyinizə bağlı olaraq  sosu  hazırlaya bilərsiniz.
  10. Qazandakı pomidorlar pokurdamağa başlayanda   ocağın altını azaldın və aram-aram qarışdıraraq suyunun pişmə ərəfəsində çəkilməsinə çalışın.
  11. Bişirmə aşamasında pomidorların  suyu azalar amma tam olaraq bitməz.Sosu bankalara doldurduqdan sonra soyuduqca suyunun azaldığını hiss edə biləcəksiniz.
  12. Pomidorların istədiyiniz qatılıqda olması  bir saata yaxın vaxt çəkəcəkdir.
  13. Ocağı söndürmədən yuyub qurutduğunuz bankalara sosu isti-isti doldurun və bankaların qapağını möhkəm bağlayın.
  14. Qapağı möhkəm bağlamağınız sosunuzun hava alaraq pozulmasının qarşısını alacaqdır.
  15. Qapaqlarını bərkitdiyiniz bankaları quru bir dəsmalın üzərinə başı aşağı qoyaraq bir gün saxlayın.
  16. Hazır sosları günəş şüası dəyməyən bir yerdə saxlayın.
  17. Açdıqdan sonra isə soyuducuda saxlayaraq istifadə etsəniz daha yaxşı olardı.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *