Min Bir Dad

Qiyməli sadə kumpir

0

qiyməli sadə kumpir

Qiyməli sadə kumpir

Qiyməli  sadə  kumpir

  • 35 dəqiqəyə hazırlanır.
  • 3 nəfər üçün.
  • Atışdırmalıq təriflər arasında ən çox oxunan yemək təriflərindən biri olan Qiyməli sadə kumpir tərifini keyiflə hazırlamanızı və sevdiklərinizlə birlikdə keyiflə yeməyinizi arzulayıram!

Qiyməli sadə kumpir tərifi üçün lazım olan ərzaqlar:

  • 3 ədəd iri kartof,
  • 1 yemək qaşığı kərə yağı,
  •  1 çay stəkanı ilıq süd,
  • 300 qram dana qiymə,
  • 1 quru soğan,
  • 3 uzunsov bibər,
  • 2 yemək qaşığı   maye yağ,
  • Duz,
  • İstiot,
  • 100 qram holland pendiri.

Qiyməli sadə kumpirin hazırlanma qaydası:

  • Əvvəlcə kartofları seçin.
  • Sonra seçdiyiniz kartofları təmiz-təmiz yuyun.
  • Çox da əzilməyəcəyi şəkildə suda bişirin.
  • Bişdikdən sonra kartofların kənarlarını və içlərinin  qalın qalmasına çalışın.
  • Kartofun içini bir qaşığın köməyi ilə çıxardın.
  • Kartofun içərisindən çıxartdığınız kartofun soyumasına izin vermədən çəngəlin köməyi ilə əzin.
  • Əzdiyiniz kartof pürəsinin içinə kərə yağı və süd qataraq qarışdırın.
  • Digər tərəfdə isə qiyməni,   soğanı, bibəri   yağda  qovurun.
  • İçini çıxartdığınız kartofların içini azca duzlayın.
  • Qovurduğunuz ərzağı kumpirin içinə doldurun.
  • İç kənarlarına holland pendiri yerləşdirin.
  • Əvvəlcədən hazırladığınız kartof pürəsini ya qaşıq yardımı ilə, ya da sıxma torbasına dolduraraq kumpirlərin üzərini örtə biləcək şəkildə əlavə edin.
  • Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 20 dəqiqəyə yaxın bişirin.
  • Qiyməli kumpiri bişirdikdən sonra üzərini istəyiniz ədviyyatla   bəzəyərək isti halda servis edə  bilərsiniz.
  • Nuş olsun!

So, what do you think ?