fbpx

Min Bir Dad

Qovud

0
qovud

qovud

Qovud, əsasən Xıdırelləz, Xıdır Nəbi zamanı hazırlanan milli Azərbaycan yemək növüdür. E vitamini ilə də zəngin olan milli qida növünün, həzmi də son dərəcə asanddır. Xüsusi ilə Qərbi Azərbaycan zonasında çox məşhur olan Qovud (qovurğa) günümüzdə çox sevilir. 

Buyurun, reseptimizi təqdim edirim. Nuş olsun

Qovud hazırlamaq üçün lazım olanl ərzaqlar: 

  • Buğda (qovurğa hazırlamaq üçün)
  • Kərə yağı
  • Su və ya süd
  • Şəkər tozu və ya bal
  • Duz

Qovud hazırlanma qaydası: 

Qovud hazırlamaq üçün əvvəlcə Buğda sacda qovrulur. Qovurğa hazırlanır. Qovrulan Qovurğa isti – isti kirkirədə (əl dəyirmanı) üyüdülür. Bu zaman üyüdülən Qovud, un kimi çox narın olmamalıdır. Biraz iri ölçülü olmalıdır.

Qovurğa üyüdüldükdən sonra məhsul bez bir torbada və yaxud da ağzı möhkəm bağlanabilən qapalı bir qabda quru şəraitdə uzun müddət saxlanıla bilər. Bu şəkildə bir dəfə hazırlanan məhsulu uzun müddət istifadə etmək mümkündür.

İndi isə sıra gəldi yeməyin bişirilməsinə.

Bir qabda kərə yağı (sarı yağ) əridilir. Sonra bu əridilmiş kərə yağına qaynar su (və ya qaynar süd) əlavə edilir.

Sonra bu yağlı suya (südə) zövqə görə müəyyən miqdar duz əlavə edilir. Yəmək əgər şirin olaraq hazırlanacaqsa, bu hazırlanan şərbətin  içərisinə yenə ağız zövqünə görə bal və ya şəkər tozu qatılır və qarışdırılır.

Şərbət hazırlandıqdan sonra içərisinə əvvvlcədən üyüdülüb hazırlanmış qovud qatılır. Bunu yavaş – yavaş etmək lazımdır ki, toz halındakı xammal bir yerə topalaşmasın. Bu zaman yaxşıca qarışdırmaq lazımdır ki, maye ilə qatı kütlə bir – birinə yaxşıca qarışsın. Nəticədə qatı və qəhvə rəngli bir kütlə alınır.

Hazırlanan yemək vam odda bira da qarışdırılır.

İsti – isti süfrəyə verilir.

Yeməyin qatılığı da zövqə görə təyin edilir.

 

Nuş olsun.

 

Bənzər reseptlər: 

 

So, what do you think ?