Min Bir Dad

Qovurma bozbaş

qovurma bozbaş

Qovurma bozbaş

Lazım olanlar:

Hər payına:

  • 163 q qoyun əti,
  • 15 q quyruq,
  • 70 q baş soğan,
  • 100 q kartof,
  • 50 q şabalıd,
  • 20 q təzə yaxud 10 q quru alça,
  • 10 q keşniş,
  • 0,1 q zəfəran,
  • istiot,
  • duz.

Hazırlanma qaydası

  • Qoyun əti 30-35 qramlıq tikələrə doğranır, istiot və duz vurularaq baş soğanla birlikdə qoyun qiyində yaxud ərinmiş yağda qovrulur.
  • Sonra bu kütlə isti bulyonda yaxud suda açılır və içinə soyulmuş kartof, qabaqcadan bişirilib soyulmuş şabalıd yuyulmuş alça qatılaraq bişirilir.
  • Süfrəyə gətirilənə yaxın içinə istiot, zəfəran şirəsi vurulur, üstünə göyərti səpilir.
  • Yay zamanı xörəyin hər payına 30 q qabığı soyulmuş təzə qırmızı pomidor qatılır.
  • Bu halda alça və zəfəran lazım gəlmir.

Qeyd:

  • Qovurma-bozbaş sümüklü qoyun ətindən də hazırlana bilər. belə hallarda hazır ət çıxarı 14% artır.

 

So, what do you think ?