fbpx

Min Bir Dad

Qoz mürəbbəsi

Qoz mürəbbəsi

Qoz mürəbbəsi

Lazım olanlar:

  • Emal edilmiş qoz – 1 kq,
  • şəkər – 1,5 kq, (50 ədəd qoza 1 kq şəkər).
  • limon duzu– 3 q,
  • mixək – 3 q və ya hil – 3q
  • əhəng

Lazım olanlar:

Mürəbbə bişirmək üçün orta böyüklükdə, qabığı odunlaşma­mış sü­tül qoz götürülür. Qozun qabığı nazik soyulur, gündə 2–3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlanılır, sonra qoz əhəng suyuna qoyulur. Gündə 4–5 dəfə qarışdırmaq şərtilə 2–3 gün əhəng suyunda saxlanılır. Əhəng suyundan çıxarılmış qozlar bir neçə yerindən de­şi­lib yenidən hər gün 2–3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlanılır. Belə­liklə, emal edilmiş qozlar qaynar suda 20–25 dəq. pörtülür. Üzərinə şərbət əlavə edib arada 4–6 saat saxlamaq şərtilə 2–3 dəfəyə bişirilir. Axırda limon turşusu, mixək və ya hil əlavə edilir və 20 gündən az olmayaraq yetişdirilir. Əhəng suyunu hazırlamaq üçün 500q təmiz əhəng 3 litr suda həll edilib, 3–4 saat saxlanılıb və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.

So, what do you think ?