Min Bir Dad

Qoz peçenyesi

Qoz peçenyesi

qoz peçenyesi

Qoz peçenyesi

Qoz peçenyesi

Qoz peçenyesinin tərkibi:

  • 3 ədəd yumurta,
  • 250 qram  şəkər tozu,
  • 200 qram marqarin,
  • 1 çimdik duz,
  • 2 stəkan un,
  • 1 çay qaşığı qabartma tozu

Qoz peçenyesinin içliyi üçün: 

  • 1-2 banka qaynadılmış qatılaşdırılmış süd,
  • Qoz ləpəsi (istəyə görə),

Qoz peçenyesinin hazırlanma qaydası: 

  • Qoz peçenyesi hazırlamaq üçün əvvəlcə yumurtaları şəkər tozu ilə çırpın.
  • Marqarini əridin, otaq temperaturunadək soyudun.
  • Sonra bu otaq temperaturuna soyutduğunuz marqarini yumurtalı – şəkərli qarışığa əlavə edin.
  • Marqarin, yumurta və qoz qarışığına duz, un, qabartma tozu əlavə edin.
  • Qarışığını yaxşıca qarışdırın.
  • Peçenyenin xəmiri hazırdır.
  • Sonra xəmirin özünü tutması üçün soyuducuya qoyun.
  •  Bir qədər soyuducuda saxlayın.
  • Sonra qoz peçenyesi qəlibinin hər iki tərəfinin içərisini bitki yağı ilə yağlayın.
  • Xəmiri soyuducudan çıxardırıq.
  • Çay qaşığı vasitəsi ilə xəmirdən götürüb formaları doldurun.
  • Doldurduğumuz formaların qapağını bağlayıb bişirin.
  • Bişmə əsnasında qoz peçenyesi formalarının kənarlarından çıxan xəmir artıqları mütləq kəsilib götürülür. Bu, səliqəsiz görünmənin qarşısını alır.
  • İndi sıra gəldi içlik üçün qatılaşdırılmış südün hazır hala gətirilməsinə
  • Bunun üçün əvvəlcə qatılaşdırılmış südü qaynadırıq.
  • Qoz ləpəsini əzirik.
  • Sonra qaynadılmış qatılaşdırılmış südü xırdalanmış qozla qarışdırıb qoz peçenyesinin içini doldururuq.

Nuş olsun!

 

 

 

So, what do you think ?