Min Bir Dad

Qozlu kükü

0
Qozlu kükü

Qozlu kükü

Qozlu kükü

Qozlu kükü hazırlamaq üçün lazım olan ərzaqlar:

  • Keşniş,
  • Şüyüd,
  • Yumurta,
  • Qoz.
  • Duz.
  • Qara istiot (əzilmiş),
  • Kərə  yağ.

Qozlu kükü hazırlanma qaydası:

  • Qozlu kükü xüsusi ilə səhərləri günə ləzzətli və enerjili bir yeməklə başlamaq üçün çox  düzgün bir seçimdir.
  • Yeməyi hazırlamaq üçün şüyüd, keşniş və s. göyərti dəstəsi açılır, çırpılır, təmiz yuyulur.
  • Göyərtinin yarpaq aralarında torpaq parçacıqları qalmaması üçün geniş bir qabda suda gözlətmək yaxşı olar.
  • Göyərti təmiz yuyulduqdan sonra kiçik – kiçik doğranılır.
  • Yumurtalar əvvəlcə yuyulur.
  • Bundan sonra suyu alınır və yumurtalar sındırılır.
  • Bir qabda yumurtalar möhkəmcə qarışdırılır.
  • Çırpılan yumurtalara əvvəlcədən doğrayıb bişməyə hazır etdiyimiz göyərtiləri əlavə edirik və qarışdırırıq.
  • Göyərti və yumurta qarışığına yetəri qədər duz və əzilmiş qara istiot əlavə edirik.
  • Qoz ləpələri kiçik ölçüdə doğranılır və hazır gözlədilir.
  • Qozlu kükü bişiriləcək tava ocağın üzərinə qoyulur.
  • Tava biraz isidildikdən sonra kərə yağı buraya əlavə edilir və tavanın dibi yağlanılır.
  • Doğrayıb hazır gözlətdiyimiz qoz ləpələrinin bir hissəsini davanın dibinə yayırıq.
  • Yumurta, doğranmış göyərti, duz və istiot qarışığı da  tavaya qoyuruq.
  • Bundan sonra qoz ləpələri də göyərtinin üzərinə hər tərəfə bərabər gələcək şəkildə səpilir.
  • Artıq qozlu kükü bişirilməyə hazırdır.
  • Qozlu kükünü istəsək ocağın üzərində, istəsək duxovkada bişirmək mümkündür.
  • Tavanın qapağı örtülür və vam odda bişirilir.
  • Kükü bişdikdən sonra bıçaq şəklinda paxlava formasında doğranılır və bu şəkildə süfrəyə verilir.

 

 

 

So, what do you think ?