Min Bir Dad

Qozlu perçem şirniyyatı

0
qozlu pərçəm şirniyyatı

qozlu pərçəm şirniyyatı

Lazım olanlar:

  • 1 paket paxlava yuxası,
  • 150 q kərə yağı,
  • 2 su stəkanı əzilmiş qoz,
  • 3 su stəkanı şəkər tozu,
  • 2 su stəkanı su,
  • 4-5 damcı limon suyu,

Hazırlanması:

Əvvəlcə şəkər və suyu bir qazanda orta atəşdə qaynadın.

Qaynadıqdan sonra atəşi azaldın.

Bu şəkildə daha 10 dəqiqə qaynadın.

Qaynatdıqdan sonra qatılaşmışdırsa üzərinə limon suyu damcıladın.

Bir az daha qaynatdıqdan sonra ocağı söndürüb şərbəti soyumağa qoyun.

Şərbət soyuduğu müddətdə paxlava yuxalarını hazırlamağa başlayın.

Hazır yuxaları dəzgaha tək-tək sərdikdən sonra əritdiyimiz kərə yağını yuxaların üzərinə normal qaydada sürtün.

Kərə yağını yaxdıqdan sonra  əzilmiş qozu  yuxaların üzərinə səpin.

Arzuya görə yuxaları boxça halına salacaq şəkildə büzün və açılmaması üçün S şəklinə gətirin.

Yuxaların arxa hissələrinə də kərə yağı sürtün və əvvəlcədən qızdırdığınız fırında üzəri qızarana qədər bişirin.

Bişən yuxaları fırından çıxardın və soyuq şərbəti yavaşca yuxaların üzərinə töküb  sonra servis edin.

So, what do you think ?