Min Bir Dad

Qozlu piroq

qozlu piroq

qozlu piroq

Qozlu piroq

Qozlu piroq resepti

 

Qozlu piroq üçün  lazım olan  ərzaqlar:

  • 100 qram kərə yağı.
  • 150 qram şəkər tozu.
  • 2 ədəd yumurta.
  • 5 qram qabartma tozu,
  • 120 qram buğda unu,
  • 100 qram qoz ləpəsi,
  • 125 ml süd.

Piroqun hazırlanma qaydası: 

  • Qozlu piroq resepti üçün əvvəlcə yumurtanı şəkər tozu ilə çırpın.
  • Başqa bir qabda yağı əridib soyudun.
  • Yağ soyuduqdan sonra çalınmış yumurtaya əlavə edin və bunları da möhkəm qarışdırın.
  • Qozu qabıqlarından təmizləyin.
  • Təmizlənmiş qoz ləpəsini xırda-xırda doğrayın.
  • Doğranmış qozu unla qarışdırın.
  • Sobanı 180 dərəcədə isidin.
  • Hazırladığınız Qozlu piroq xəmirini 180 dərəcə isidilmiş sobada 30-35 dəqiqə bişirin.
  • Qozlu piroq bişdikdən sonra soyumasını gözləyin.
  • Soyuyan qozlu piroqu şəkər kirşanı və qoz ləpəsi ilə bəzəyin.

 

 

So, what do you think ?