sayfa içeriği

Min Bir Dad

Qozlu salat

0

qozli salat

Qozlu salat

Lazım olan ərzaq:

  • toyuq əti (filesi) — 150 q,
  • yumurta — 2 ədəd,
  • göbələk — 100 q,
  • soğan -1 ədəd,
  • pendir — 100 q,
  • sarımsaq — 2 diş,
  • qoz ləpəsi — 50 q,
  • mayonez – zövqə görə,

Qozlu salatın   hazırlanması:

Qozlu salat hazırlamaq üçün əvvəlcə soğanı  xırda  doğrayın.

Göbələkləri duzlu suda 15 dəqiqə ərzində qaynadın.

Qaynar tavada bitki yağında göbələkləri və soğanı qızardın.

Sonra bunları soyudun.

Toyuq ətini  qaynadın.

Sonra bu toyuq ətini  soyudun və xırda – xırda doğrayın.

Yumurtanı  qaynadın və sürtgəcdən keçirin.

Sarımsağı  yaxşıca əzin.

Pendiri  sürtgəcdən keçirin.

Boşqabda pendiri,  sarımsağı və mayonezi  qarışdırın.

Qozlu salatı  qat-qat yığılır:

1-ci qat (aşağı) – toyuq əti (mayonez yaxılır).

2-ci qat – yumurta (mayonez yaxılır).

3-cü qat – soğanlı göbələklər (mayonez azacıq yaxılır).

4-cü qat – sarımsaqlı və mayonezli pendir.

5-ci qat – qoz ləpəsi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *