Min Bir Dad

Quru ərikli toyuq rulonu

0

Quru ərikli toyuq rulonu

6 nəfər üçün.

Lazım olan ərzaqlar:

  • 1200 q  toyuq budu
  • 100 q pırasa
  • 2 diş sarımsaq,
  • 180 q quru ərik,
  • 20 q günəbaxan tumu

 dad üçün:

50 q Mayonez,
İstiot,
yaşıl  bibər,
1x/q  bitki yağı

Kalori

  • tərkibi: 185 kkal,
    Zülal: 14 kkal,
    Yağ: 12 kkal,
    Karbohidrat: 7 kkal

Bişirmə vaxtı:

1 saat

Hazırlanma qaydası:

  • Toyuq budunu yuyub təmizləyin.
    Yuyulmuş toyuq budlarını  diqqətli  bir  şəkildə  sümükdən ayırın.
  • Dadlandırmaq üçün  ətə  duz, istiot vurun.
  • Quru ərikləri isti suda 20 dəqiqə isladın.
  • Soğanı doğrayın.
  •  Toyuq ətinin içərinə 3 ədəd quru ərik və bir neçə pırasa qoyun.
  • Bundan sonra  rulon halında   bükün və  açılıb dağılmaması üçün  iplə sarıyın.
  • Sonra  yağlanmış bir soba listinə yığın.
  • Mayonez və doğranmış sarımsaq ilə  rulonu yağlayın.
  • Bütün bunlardan sonra  yüksək temperaturda  sobada 20 dəqiqə bişirin.
  • Hazır rulonları  sobadan çıxartdıqdan sonra üzərinə qurudulmuş ərik və doğranmışçgöyərti və ya qurudulmuş göyərti səpib servis edə bilərsiniz.

So, what do you think ?