fbpx

Min Bir Dad

Quru lobyalı tort

0

Quru lobyalı tort

quru lobyalı tort

 

Bu tortda  un yox, yağ yox. Ləzzəti də  şabalıdlı tort dadında. 

Quru lobyalı tort üçün lazım olan ərzaqlar:

  • 3 yumurta,
  • 2 su stəkanı quru lobya (bişirmədən əvvəl  ölçün),
  •  1,5 su stəkanı şəkər tozu,
  • 1,5 su stəkanı incə cəkilmiş qoz,
    1 paket qabartma tozu (olmasa da vacib deyil),

Süsləmək  üçün:

  • 2 paket krem şanti,
  • 1,5 su stəkanı soyuq  süd,

 Quru lobyalı tortun hazırlanma qaydası:

  • Lobyanı bir gecə əvvəlcədən isladın.
  • İslatdığınız lobyaları yumşalana qədər   bişirib qabığını soyun.
    Krem halına gələnə qədər robortdan keçirin.
  • Ayrica yumurta və səkəri çirparaq  köpürdün,  hazırladığınız lobyanı da əlavə edib qarışdırın.
  • Keks qatılığında olana qədər   lobyanı əlavə edin.
  • Qabartma tozu(vacib də deyil) və qozu əlavə  edərək qarışdırın.
  • Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
  • Kələfcəli keks qəlibinə yağlı kağız sərərək   kələfcəni  də  kağızla bağlayaraq  180 dərəcə qızdırılmış  sobada   45 dəqiqə yaxud da – 1 saata qədər  bişirin.
  • Içi   xəfif  islaq  qalirsa firini qapadib  20 dəqiqəyə yaxın icində tutun.
  • Keks  soyuyunca krem santi və südü yaxşıca  cirparaq keksi bəzəyin. ( Tərifin özəlliyi un, yağ və qabartma tozu olmaması).
  • Keksi ikiyə bölərək   aralarına qoz, şokolad əlavə edin.
  • Üzərini süsləmək üçün  şokoladlı  sos və  qozdan  istifadə edin.

Nuş olsun!

 

So, what do you think ?