Min Bir Dad

Quru uzumlü kurabiyə

 Quru uzumlü kurabiyə

 quru uzumlü -kurabiyə

Quru uzumlü kurabiyə

Uzun bir sürə qalmasına baxmayaraq çox tez  bayatlamayan,  ağızda qum gimi dağılan üzümlü kurabiyə… Çox rahat hazırlanan bu kurabiyənin içərisinə qatılan üzümlər də xüsusi ləzzət verir adama. 1001 dad yemək saytı  da bunu nəzərə alaraqsizlərə bu sadə və ekonomik kurabiyə tərifini təqdim etdi. Bu kurabiyələri yaxınlarınızla birlikdə hazırlamağınızı və nuş etməyinizi arzu edirik.

Neçə nəfərlik:

1böyük fırın sinisi,

Hazırlanma sürəsi:

15 dəqiqə

Bişirmə sürəsi:

20 dəqiqə

Lazım olan ərzaqlar:

  • 1 su stəkanı fındıq,

  • 1 su  stəkanı şəkər.

  • 1 su stəkanı quru üzüm,

  • 2 ədəd yumurta,

  • 1 paket qabartma tozu,

  • 1 ədəd limon qabığı rəndəsi,

  • 250 qram  kərə yağı,

  • 3 – 3,5 su stəkanı un,

Hazırlanma qaydası:

  • Yumurtalardan birinin sarısını ayırın.
  • Geri qalan yumurtaları dərin bir qaba alın.
  • Üzərinə şəkəri tökərək   şəkər əriyənə qədər çırpın.
  • Otaq    temperaturunda  olan  kərə yağını qarışıma  əlavə edərək  yoğurun.
  • Fındığı, üzümü və limon qabığı rəndəsini   də əlavə edərək qarışdırın.
  • Qabartma tozunu əlavə edin.
  • Unu isə   ələyərək, ala  bildiyi  qədər un əlavə edin.
  • Yumşaq  bir xəmir əldə edənə  qədər yoğurun.
  • Xəmirdən qoz   böyüklüyündə  parçalar qoparıb , əlinizlə yuvarlayın.
  • Ardından yanmaz kağız sərili   fırın sinisinə aralıqlı olaraq düzün.
  • Üzərinə yumurta sarısı sürtüb, əvvəlcədən  180 dərəcə qızdırılmış  fırında bişirin.
  • Üzəriləri qızarınca fırından ala  bilərsiniz.
  • Fırından çıxartdıqdan sonrabir az soyuduqdan sonra  üzərinə pudra şəkəri səpərək  servis edə  bilərsiniz.

Nuş olsun!

So, what do you think ?