sayfa içeriği

Min Bir Dad

Quzu iç yağında oğlaq kababı

Quzu iç yağında oğlaq  kababı

Ləzzətli yemək tərifləri arasında  oğlaq ətini quzunun iç yağına sarıyıb əvvəlcə buğlama kimi bişirmək,sonra isə açıq atəşdə  və yaxud da fırında bişirmək  olduqca ləzzətli  və zövqlüdür.

  Bəzi mətbəxlərdə oğlaq ətini bütöv halda , bəzən də hissələrə ayıraraq bişirirlər.

 Bütöv  bişirilən zaman əl yardımı ilə qol və bud hissələri qarın boşluğuna doğru yığılaraq quzu iç yağına bükülür və bişiriləcək siniyə yerləşdirilir.

Oğlaq kababı üçün lazım olan ərzaqlar:

  • Yaşlı olmayan oğlaq,
  •  Kərə yağı və duru yağ,
  • Kəklikotu,
  • iri dişli duz,
  • Kuzu iç yağı,
  • Yağlı kağız,
  • İsti su

Oğlaq kababının hazırlanma qaydası:

  • Oğlaq ətini yaxşıca təmizləyin .
  • Təmizlədiyiniz oğlağı ya bütöv halda yaxud da qol, bud, gövdə olaraq  böyük parçalara ayırın.
  • Yetərin qədər kərə yağını otaq temperaturunda yumşaldaraq içərisinə 1 fincan qədər maye yağ əlavə edin.
  • Yağ qarışığına kəklikotunu da əlavə edib qarışdırın.
  • Digər tərəfdə isə quzunun iç yağını isti suda yumşaldaraq açın.
  • Oğlağın hissələrini bükə biləcəyiniz ölçülərdə doğrayın.
  • Oğlaq ətini  kəklikotu qatılmış yağla gözəlcə yağlayın.
  • İri dişli duzu da bu yağla yağlanmış ətin üzərinə gəzdirin.
  • Ət parçalarını  (bütün oğlaq) böyük parçalara böldüyünüz quzu yağı ilə sarıyın.
  • Bişirəcəyiniz hissələri dərin bir siniyə yerləşdirin.
  •  Bir su stəkanı nisbətində isti suyu sininin kənarlarına əlavə edin.
  • Siniyi bir yağlı kağız ilə kənarlarından möhkəm qapadın.
  • Yağlı kağızın bir neçə yerindən bıçaqla hava yeri açın.
  • Fırında yaxud da müasir mətbəx fırınlarında orta yüksək istidə 2 sata yaxın bişirin.
  • Bu sürənin sonunda yağlı kağızı açın və əti nəzərdən keçirdin.
  • Üzərinin qızarması üçün fırını orta istiliyə ayarlayaraq bişirməyə davam edin.
  •  Ətin qurumaması üçün üzərinə  ara-ara  kərə yağı, yaxud  da ətin siniyə saldığı yağlı bişmə suyundan gəzdirərək nar kimi oluncaya qədər bişirin.
  • Hazır oğlağı bir az soyuyana qədər gözləyin və sonra ilıq halda servis edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *