fbpx

Min Bir Dad

Rəngi gözəl: Çuğundurlu keks

0

Rəngi gözəl: Çuğundurlu keks

Rəngi gözəl: Çuğundurlu keks

Rəngi gözəl: Çuğundurlu keks

 Qida boyası istifadə etmədən də qırmızı bir keks hazırlamaq mümkündür.

Təbii  yollarla keksinizə rəng  verəcək  bir malzəmə  var əslində. İşin sirri: Çuğundur.

Gəlin bu səfər bir dəyişiklik edəyin.

Keksimizi təbii yollarla və kiçik toxunuşla qıpqırmızı  edək  ki, gözümüz könlümüz açılsın.

Çay satlarınıza keyiflə hazırlayacağınız bu keksi çox sevəcəksiniz.

4 nəfərlik,

20 dəqiqəyə hazırlanır,

35 dəqiqəyə bişir

Çuğundurlu keks üçün lazım olan ərzaqlar:

  • 2 su stəkanı bişmiş çuğundur,
  • 3 ədəd   yumurta,
  • 1 su stəkanı şəkər tozu,
  • 1 paket  qabartma tozu,
  • 2 su   stəkanı un,
  • 3/4 su  stəkanı duru yağ,
  • 1/4 su   stəkanı süd.

Üzəri üçün:

  • 1 paket  toz krem şanti,
  • 1 çay   stəkanı soyuq  süd,

Çuğundurlu keksin hazırlanma qaydası:

  •  Sobanı əvvəlcədən 165 dərəcə  qızdırın.
  • Çuğunduru  bişirin və blender yardımıyla püre   halına  gətirin.
  • Yumurta və şəkəri yaxşıca çırparaq qabardın.
  • Un və qabartma tozunu bir qaba  ələyin.
  • Çırparaq qabartdığınız yumurtalı qarışma unu 3 dəfədə   əlavə edin.
  • Ən son püre qatılığında olan çuğundurları əlavə edib   spatula yardımıyla qarışdırın.
  • 28 cm’lik ıstiyə  davamlı şüşə qabı yağlayın və  unlayın.
  • Qəlibinizə  keks xərcini  tökün və 30-35 dəqiqə  bişirin  və  kürdan vasıtəsiylə bişib  bişmədiyini yoxlayın.  Bişdikdən sonra sobadan alıb soyumağa buraxın.
  • Toz krem şantiyi soyuq südlə  çırparaq qabardın.
  • Keksinizi sobadan çıxardın və porsiyalara bölün.
  • Qəlibin kənarlarından çıxan keks  parçalarını blenderdən keçirərək toz halına gətirin.
  • Keksin üzərini krem şantiylə və keks  qırıntılarıyla süsləyin.
  • İstəsəniz çiyələklə də süsləyərək keksin   rəngini daha da gözəlləşdirə bilərsiniz.

Nuş olsun!

 

So, what do you think ?