Min Bir Dad

Rəngli bibərli sandviç

Rəngli bibərli sandviç

Rəngli bibərli sandviç

Rəngli bibərli səndviç üçün lazım olan ərzaqlar:

  • 100 q holland pendiri,
  • 50 q  kərə yağı,
  • 3 ədəd rəngli bibərlər,
  • 4 dilim doğranmış çörək,
  • 1 qaşıq duru yağ,
  • Duz, istiot,
  • Quru nanə

Rəngli bibərli səndviçin hazırlanma qaydası:

  • Əvvəlcə rəngli bibərləri yuyub  suyunu qurudun.
  • Sonra bibərləri təmizləyin.
  • Təmizlədiyiniz bibərləri dilimləyin.
  • Holland pendirini rəndələyin.
  • Kərə yağının otaq temperaturunda olması vacibdir.
  • Çörək dilimlərini tavada qızdırın.
  • Dilimlənmiş çörəklərin üzərinə kərə yağı sürtərək  yapışmaz tavada bir az qızdırın ki, yağ hər tərəfinə əriyib yaxılsın.
  • Yağladığınız çörək dilimlərinin üzərinə holland pendiri səpin.
  • Pendirin üzərindən dilimləyib dadlandırdığınız bibərləri düzün.
  • Yenidən bibərlərin  üzərinə rəndələnmiş holland pendiri qoyaraq oda davamlı
  • şüşə qabın içərisinə hazırladığınız çörək dilimlərini düzərək əvvəlcədən 180   dərəcə qızdırdığınız fırında  pendir əriyənə qədər və bibərlər bişənə qədər fırında bişirin.
  • İsti halda servis edin.

Nuş olsun! 

So, what do you think ?