Min Bir Dad

Ratatuy Tarifi ( Fırında ətsiz tərəvəz )

Ratatuy Tarifi (   Fırında ətsiz tərəvəz )

Ratatuy Tarifi ( Fırında ətsiz tərəvəz )

Ratatuy Tarifi ( Fırında ətsiz tərəvəz )

 

 

 

Ratatuy Tarifi ( Fırında ətziz tərəvəz) Fransızlara aid ətsiz bir tərəvəz yemeyidir.   Dadı çox gözəl və   ləzzətlidir. Ümumən bu yeməyi hər kəs düzərək hazırlamaz ,amma nümunə  üçün düzərək hazırlamaq  daha  yaxşı  olur.  Biz  dadını çox bəyəndik .Xüsusən qonaqlar üçün   rahatlıqla hazırlaya biləcəyiniz bir yemək tərifini sizlərlə paylaşmaqdan məmnun olarıq. 1001 dad yemək saytı  bu yeməyi yaxınlarınızla birgə nuş etməyinizi arzu edir.

 

Lazım olan ərzaqlar:

  • 2 ədəd badımcan,
  • 2 ədəd  kabak,
  • 3 ədəd pomidor,
  • 3 və  ya 4 ədəd kartof,
  • Bir  az zeytun yağı,
  •  Duz

Sosu üçün:

  • Yarım çay  stəkanı duru yağ,
  • 1 ədəd  böyük quru soğan,
  • 2 diş sarımsaq,
  • 1 şorba qaşığı   kərə  yağı,
  • 4 ədəd pomidor,
  • 1 çay qaşığı pul  bibər,
  • Yarım çay qaşığı   istiot,
  • Yarım çay qaşığı kəklikotu,
  • Duz

Hazırlanma qaydası:

  • Badımıcanları qabıqlarını soymadan dilimləyin və duzlu suda gözlədin.
  • Bu arada sosunu hazırlamağa  başlayın.
  • Sosu üçün   duru yağı böyük bir tavaya alın.
  • Üzərinə kiçik -kiçik doğranmış soğanı və sarımsağı əlavə edib qovurun.
  • Pomidorları  küp- küp kəsin (  istəyən qabığını soya  bilər ).
  • Soğanlar saralmağa başlayınca pomidoru  əlavə edin.
  • Sonra  üzərinə  duzunu və ədviyyatlarını əlavə edib  yaxşıca qarışdırın  və istiyə davamlı şüşə qaba boşaldın.
  • Kartofları soyun, kabak və pomidorla  bərabər dilimləyib   badımcanlarla bərabər üzərinə duz və bir az zeytin  yağı  əlavə edib qarışdırın .
  •   Sırasıyla  üst- üstə gələcək şəkildə pomidor sosunun üzərinə düzün.
  • Üzərini incə   fırın kağızı,sonra alminium folyo ilə qapadın.
  • 200 dərəcə qızdırılmış  fırında 30 dəqiqə  qədər bişirin.
  • Üzərindəki  folyonu və fırın kağızını çıxardın.
  • Tərəvəzlərin üzəri qızarana qədər bişirin .
  • Fırından çıxardıb üzərinə  rəndələnmiş holland  pendirini səpin və fırında bir  az daha bişirib servis edin.

Nuş olsun!

So, what do you think ?