Yazdırma Seçimləri:

Yulaflı Smoothie

Verimlilik6 PorsiyonHazırlanma Müddəti7 dəqÜmumi Vaxt7 dəq

Yulaflı Smoothie sağlıqlı ,bəsləyici və ləzzətli bir içəcəkdir.
Yulaf əzməsi sağlam bəslənmək istəyənlərin vaz keçə bilmədiyi bir qidadır.
Yulaf taxılının faydası saymaqla bitmir. Xüsusi ilə də diyetdə olanlar üçün yulaf əzməsi qan şəkərini düzənləyir, toxluq hissi yaradır, xolesterolu düşürür.

yulafli-smoothie

🧋 Yulaflı Smoothie Üçün Lazım Olan Ərzaqlar
 500 ml süd
 1 yemək qaşığı quru üzüm
 10 ədəd qoz ləpəsi
 1 ədəd kiçik alma
 6 ədəd çiyələk
 1 ədəd kivi
 1 ədəd banan
 2 yemək qaşığı yulaf
 2 yemək qaşığı bal
 arzuya görə darçın
🧋 Yulaflı Smoothienin Servis Edilməsi Üçün
 6 ədəd buz
🧋 Yulaflı Smoothie Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ Yulaflı Smoothie üçün istifadə edəcəyiniz südü bir stəkana süzün.
✅ İstifadə edəcəyiniz balı bir kasaya yığın.
✅ Lazım ola biləcək qədər kivi, banan, çiyələyi yuyub bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz darçını kasaya yığın.
✅ İstifadə edəcəyiniz almanı yuyub bir kasaya alın.
✅ İstifadə edəcəyiniz yulaf əzməsini ayırtlayıb bir kasaya yığın.
✅ İstifadə edə biləcəyiniz qoz ləpəsini təmizləyib kasaya yığın.
✅ İstifadə edəcəyiniz quru üzümü yuyub təmizləyərək mətbəx dəsmalının üzərinə alın.
✅ Servis edərkən istifadə edəcəyiniz buzu bir buz qabına yığıb soyuducuya qoyun.

🧋 Yulaflı Smoothie Üçün Ərzaqların Hazırlanması
2

✅ Yulaf əzməsini bir kasanın içərisində yarım stəkan su ilə isladıb yarım saat sonra süzün.
✅ Kivinin və bananın qabıqlarını soyun.
✅ Bananı və kivini soyub soyuducuda bir saat saxlaya da bilərsiniz.
✅ Banan və kivi yumşaq olduğu üçün dondurmadan da soyub küp-küp doğraya bilərsiniz.
✅ Almanı da soymadan qabıqları ilə birlikdə dilimləyin.

🧋 Yulaflı Smoothienin Hazırlanması
3

✅ Yay aylarında keyiflə tükədəcəyiniz həm sərin həm ləzzətli bir içəcəyidir.
✅ Hazırladığınız bütün ərzaqları dərin bir qarışdırma qabına alın.
✅ Bütöv ərzaqları blenderdən keçirdin.
✅ Çox da qatı olmayan, içərisində iri qırıntıları olmayan horraya bənzər bir içəcək alınacaqdır.

🧋Yulaflı Smoothienin Servis Edilmə Qaydası
4

✅ Smoothienin üzərinə buz parçaları və darçın əlavə edərək servis edə bilərsiniz.
✅ Qəhvəaltı da və ya günün hərhansi bir saatında sevərək tükədə bilərsiniz.

Diqqət
5

✅ İstəsəniz Smoothieni südlə yox qatıqla da hazırlaya bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 1

Porsiya 6


Porsiya Başına Miqdar
Kalori 980Yağdan Kalori 300
% Gündəlik Dəyər *
Toplam Yağ 90g139%

Doymuş Yağ 10g50%
Trans Yağ 10g
Xolesterol 10mg4%
Natrium 20mg1%
Kalium 10mg1%
Toplam Karbohidrat 10g4%

Diet Lifi 20g80%
Zülal 120g240%

A Vitamini 10%
C vitamini 20%

* Yüzdə Gündəlik Dəyərlər 2000 kalorili pəhrizə əsaslanır. Gündəlik dəyəriniz kalori ehtiyacınıza görə daha yüksək və ya daha aşağı ola bilər.