Yazdırma Seçimləri:

Qayğanaq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt15 dəq

Qayğanaq Azəri mətbəxinə məxsus olan bir yemək növüdür. Bu yemək əsasən yumurtadan hazırlanır . Qayğanaq yeməyi müxtəlif bölgələrimizdə özünəməxsus qaydada bişirilir. Naxçıvanda ballı qayğanaq çox məşhurdur. Əsirlərdən bəri yemək mədəniyyətimizə daxil olan bu yemək xalq tərəfindən süfrələrimizdə daima yer almaqdadır. Bu yemək çox iştahaçıcı bir qəhvəaltılıqdır.

qayğanaq

🍳 Qayğanaq Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd yumurta
 1 çimdik duz
 50 q kərə yağı
🍳 Qayqanaq Üçün Lazım Olan Ərzaqların Yığılması Qaydası
1

✅ Qayğanaq bişirmək üçün lazım olacaq yumurtaları yuyub dəsmal üzərinə yığın.
✅ Yumurtaların sayını süfrədə olanların sayına görə düzənləyin.
✅ Qayğanağı bişirmək üçün istifadə edəcəyiniz yağı bir kasaya yığın.
✅ Qayğanağa vurmaq üçün lazım olacaq duzu kasaya yığın.
✅ Qayğanağı bişirmək üçün lazım ola biləcək tavanı hazırlayın.
✅ Qayğanağı bişirəcəyiniz oçağı düzənləyin.
✅ Yumurtaları sındıracağınız kasanı da silib ərzaqların yanına qoy.

🍳 Qayqanağın Ərzaqlarının Hazırlanma Qaydası
2

✅ Qayğanaq bişirmək üçün istifadə edəcəyiniz kasaya yumurtaları sındırın.
✅ Yumurtaları sındırdığınız kasaya yumurtaların miqdarına görə duz əlavə edin.
✅ Yəni duzun çoxluğu və ya azlığı yumurtaların sayından asılıdır.

🍳 Qayqanağın Bişirilmə Qaydası
3

qayğanaq

✅ Qayğanaq bişirmək üçün ocağı yandırın .
✅ Qayğanaq bişirəcəyiniz tavanı oda qoyub qızdırın.
✅ Qızdırdığınız tavada yağı əridin.
✅ Hazırladığınız yumurtanı qızdırdığınız yağın içərisinə əlavə edin.
✅ İstədiyiniz vəziyyətə qədər xəfif qarışdıraraq bişirin.

🍳 Qayqanağın Servis edilmə Qaydası
4

Qayğanağı istədiyiniz öyünlərdə bişirərək servis edə bilərsiniz.
Qayğanaq uşaqların çox sevdiyi bir yeməkdir.
İstədiyiniz kimi bəzəyərək servis edə bilərsiniz.
Qayğanağı mövsümə görə də bişirə bilərsiniz.
Qayğanağı isti-isti olaraq istədiyiniz tərəvəzlə servis edə bilərsiniz.

Nuş Olsun!